Ukraynalı taxıl maqnatı Rusiyanın hücumu nəticəsində ölüb
Ukraynanın ən böyük taxıl ixrac edən şirkətlərindən olan “Nibulon”un sahibi Oleksiy Vadaturski və həyat yoldaşı Rusiyanın hücumu nəticəsində həlak olub.Ukraynanın ən böyük kənd təsərrüfatı şirkətlərindən biri olan "Nibulon"un qurucusu və sahibi Oleksiy Vadaturski və həyat yoldaşı bazar günü Nikolayev vilayətində Rusiyanın hücumu nəticəsində öldürülüb.
Marja xəbər verir ki, bu barədə Nikolayevin qubernatoru Vitali Kim açıqlama verib.
Telegram hesabında açıqlama verən qubernator Kim, cütlüyün şənbə gecəsi və bazar günü şiddətli bombardmana məruz qalan Nikolayvdakı evlərində öldüyünü bildirib.
Baş ofisi Nikolayvda yerləşən "Nibulon" şirkəti əsasən buğda, arpa və qarğıdalı istehsalı və ixracı üzrə fəaliyyət göstərir, eyni zamanda şirkətin öz donanması və gəmiqayırma zavodu var.
Ötən həftə İstanbulda taxıl dəhlizinin yaradılmasına dair sənəd imzalanıb və Rusiya Ukrayna ilə taxıl dəhlizi sazişi imzaladıqdan 24 saat keçməmiş Rusiya Odessa limanını raketlər ilə vurub.
Odessa vilayət hərbi idarəsinin müşaviri Bratçuk Rusiyanın limanın infrastrukturunu iki “Kalibr” raketi ilə vurduğunu, iki raketin isə Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirildiyin açıqlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
21 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























