"Bolqarıstanın Baş nazirilə çox yaxşı müzakirəmiz oldu"
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.
Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib:
- Hörmətli Baş nazir və nümayəndə heyətinin üzvləri. Bir daha xoş gəlmisiniz. Elə indicə qarşılıqlı maraq doğuran bir çox məsələlərlə bağlı cənab Baş nazirlə çox yaxşı müzakirəmiz oldu və tərəfdaşlığımızın gücləndirilməsi üçün bir çox imkanları müəyyən etdik. Bu gün öncə müzakirə etdiyimiz kimi, Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır. Biz bir neçə il əvvəl Strateji Tərəfdaşlıq barədə Bəyannaməni imzalamışıq. Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik. Lakin, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensial mövcuddur. Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var. Bir sözlə, geniş əhatəli məsələlər müzakirə edildi. Biz cənab Baş nazirlə artıq uzun müddətdir ki, bir-birimizi telefonla tanıyırıq. İndi isə artıq şəxsən tanış olduq. Sizi görməyimə çox şadam və Sizə Bakıda xoş səfər arzulayıram.
x x x
Bolqarıstanın Baş naziri Kiril Petkov deyib:
- Sağ olun, cənab Prezident. Çox məmnunam ki, bir-birimizlə şəxsən görüşürük. Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik.
Sizin yanaşmanızı dəstəkləyirəm ki, biz Strateji Tərəfdaşlıq sənədini imzaladıq, müzakirələr apardıq, indi isə onları reallığa çevirməliyik. Hökumətimiz indiki tərkibdə gələn bir neçə həftə ərzində, ola bilsin, qalacaq. Lakin qərarlar var və biz tam əminik ki, növbəti hökumət də bizim hökumət olacaq. Biz belə nəticəyə gəldik ki, texnologiya, logistika, Avropaya ixrac, enerji daşıyıcılarının paylanması kimi sahələrdə bir çox işlər görülə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri məhəllənin inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
7 saat əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
7 saat əvvəl
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
-
7 saat əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
Ən çox oxunanlar
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib







.jpg)





.jpg)





