Bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
VTB (Azərbaycan) nağd pul kreditləri və yenidən maliyyələşdirmə şərtlərini yaxşılaşdırıb.
Minimal faiz dərəcəsi 0,51 faiz bəndi azalaraq indi illik 13,99% təşkil edir. Son rübdə bu, VTB kreditləri üzrə şərtlərin ikinci yaxşılaşmasıdır.
VTB (Azərbaycan)-dan nağd krediti 300 manatdan 30 000 manatadək 6 aydan 60 aya qədər müddətə əldə edə bilərsiniz. Yenidən maliyyələşdirmə proqramı çərçivəsində digər banklardan alınan bir neçə krediti birləşdirə, onlar üzrə olan borcu ödəyə, həmçinin əlavə vəsait əldə edə bilərsiniz. Krediti almaq üçün yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir, gəliri və məşğulluğu təsdiq edən sənədlər, habelə zamin tələb olunmur.
İllik 13.99%-dən 30 000 AZN-dək zaminsiz komissiyasız kredit!
“Nağd pul kreditləri müştərilər arasında ən populyar bank məhsullarından biri olaraq qalır, çünki onlar istənilən məqsədlərə və qısa müddətdə borc vəsaitlərini əldə etməyə imkan verir. May ayında tarifləri tənzimlədikdən sonra yayın ilk ayında bu seqmentdə tələbin artdığını qeyd edirik ki, bu da mövsümilik ilə bağlıdır. İndi aktiv tətil vaxtı, şəhərətrafı daşınmaz əmlakın alınması, təhsil müəssisələrinə qəbula hazırlıq davam edir. Buna görə də biz istehlak kreditləri üzrə şərtlərimizi bir daha yeniləmək qərarına gəldik, faiz dərəcəsini illik 13,99%-ə endirərək. Amma hətta kreditlərin dəyərinin azalmasını nəzərə alsaq belə, müştərilərin üzərinə ciddi borc yükü düşməməsi bizim üçün vacibdir və biz bunu diqqətlə izləyirik”, - deyə VTB (Azərbaycan)-ın Pərakəndə Biznesin İnkişafı Departamentinin direktoru Yevgeni Borodin bildirib.
2022-ci ilin yanvar-iyun aylarında VTB (Azərbaycan) 27.6 milyon manat məbləğində 5.5 mindən çox nağd pul krediti verib ki, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.8 dəfə çoxdur. Bankın bu seqment üzrə portfeli ilin əvvəlindən 25% artaraq iyunun sonunda 66.6 milyon manat təşkil edib.
Nağd pul krediti üçün bankın rəsmi saytından, eləcə də 986 qısa nömrəli əlaqə mərkəzi vasitəsilə məsafədən müraciət edə bilərsiniz. Kredit Bakı şəhəri və Abşeron yarımadası daxilində müştəri üçün əlverişli olan istənilən ünvana çatdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
28 d. əvvəl
Prezident İlham Əliyev məişət tullantıları daşıyan texnikalarla tanış olub
-
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İrana hücumlar hədəflərimizə çatana qədər davam edəcək. Daha çox Amerika əsgəri ölə bilər"
- 2 saat əvvəl
-
2 saat əvvəl
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
-
2 saat əvvəl
Analitiklər neftin qiymətinin 100 dollara qalxa biləcəyini proqnozlaşdırırlar
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Fevralda BYD-nin avtomobil ixracı 50%-dən çox artıb - HƏR AY XARİCƏ 100 MİNDƏN ÇOX AVTOMOBİL GÖNDƏRİR
Rəsmi məzənnələr açıqlandı
OPEC+ apreldə hasilatı artıracaq - Neft qiymətlərinin sıçrayışı ilə bağlı xəbərdarlıq
Neft İranda müharibə ilə əlaqədar olaraq kəskin bahalaşdı
Tramp: İran danışıqlar aparmaq istəyir, mən də qəbul etdim
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR

























