FED-in 1990-cı illərin əvvəllərindən bəri ən böyük faiz artımını edəcəyi gözlənilir
ABŞ-da rekord qıran inflyasiya məlumatlarının ardından ABŞ Mərkəzi Bankının (FED) bu ayki iclasında 100 bənd faiz artıracağı gözləntiləri gündəmə gəlib. Nomura və Citigroup iqtisadçıları bildirirlər ki, bank bu ay keçiriləcək iclasda faiz dərəcələrini 100 baza bəndi artıra bilər.
Marja xəbər verir ki, Fed rəsmiləri inflyasiyanın 9,1 faizə yüksəlməsi fonunda bu ay 100 bəndlik faiz artımını müzakirə edə bilər. İndiyədək Bankın bu ay və sentyabrda keçirilən iclasında faiz dərəcələrinin hər birində ən azı 75 baza bəndi artıracağı ehtimal edilirdi.
Əgər FED 26-27 iyul tarixlərində keçiriləcək iclasında faiz dərəcələrini 100 baza bəndi artırsa, bu, bankın 1990-cı illərin əvvəllərindən bəri ən böyük faiz artırması olacaq.
Nomura iqtisadçıları inflyasiya məlumatlarından sonra növbəti toplantıda 100 baza bənd faiz artımı gözlədiklərini açıqlayıblar. İqtisadçılar “Məlumatlar inflyasiya probleminin getdikcə pisləşdiyini göstərir. Biz FED-in etibarlılığı üçün faiz dərəcələrini daha yüksək qaldıracağını gözləyirik" deyiblər.
Citigroup-un ABŞ iqtisadçısı Endryu Hollenhorst da bu ay keçiriləcək iclasda faizin 100 bənd artırılmasının müzakirə edilməli olduğunu söyləyib.
Xəbər verdiyimiz kimi, İyun ayında ABŞ-da inflyasiya illik 9,1 faizə yüksəlib (istehlakçı qiymətləri indeksi iyunda ötən ilin iyun ayı ilə müqayisədə 9,1% artıb). Mayda inflyasiya illik 8,6 idi. Beləliklə, inflyasiya rekord yeniləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 3 d. əvvəl
- 11 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"





















