"Avronun ucuzlaşması inflyasiyanı daha da artıra bilər"
Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Francois Villeroy de Galhau, zəif avronun inflyasiyanın daha da artmasına səbəb ola biləcəyini, buna görə də Avropa Mərkəzi Bankının Avro/Dollar məzənnəssini yaxından izlədiklərini bildirib.Fransa Mərkəzi Bankının (ECB ) sədri, Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Francois Villeroy de Galhau “France Info” radiosuna müsahibəsində avronun dollara nisbətdə ucuzlaşmasını şərh edib.
Marja xəbər verir ki, Villeroy, "Bu, ixracatçıların dəstəklənməsi baxımından yaxşı xəbərdir, lakin inflyasiyanı daha da artıra bilər. Valyutanın qiymətini biz təyin etmirik, lakin inflyasiya üçün vacib olduğu üçün prosesləri izləyirik”,- deyib.
FED-in aqressiv faiz artırması və 19 üzvlü Avrozonada tənəzzül ehtimalı ilə Avro/Dollar 20 ildən sonra bərabərləşib, yəni 1 avro 1 dollara bərabər olub.
Avronun ucuzlaşması artıq yüksək inflyasiya problemi ilə üzləşən ECB rəsmiləri üçün yeni problem yarada bilər. Regional inflyasiya bankın 2 faizlik hədəfindən 4 dəfə yüksək olduğu halda, ECB 10 ildən artıq müddətdə ilk dəfə bu ay faiz artırmağa hazırlaşır.
Avronun son zamanlar ucuzlaşmasının valyutanın zəif olduğu anlamına gəlmədiyini qeyd edən Villeroy, “İlin əvvəlindən bu yana baş verənlərə baxanda avronun zəif olmadığını, dolların ənənəvi təhlükəsiz sığınacaq alışları ilə güclü olduğunu görürük”,- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 1 gün sonra
-
- 1 d. əvvəl
- 9 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Nvidia-nın gəliri 65 faiz artıb - 216 milyard dollar gəlir, 43 milyard dollar xalis mənfəət
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Rəsmi məzənnələr açıqlandı
Xocalı soyqırımından 34 il ötür
"Aston Martin" əməkdaşlarının 20%-ni ixtisar edəcək
Yaponiyada Microsoft ofislərində axtarış aparılıb
Belə Şad Günlər hələ olmayıb! - YALNIZ 3 GÜN
"Saloglu" mağazalarında bütün mebellər fabrik qiymətinə endirilib
4500 ton dizel yanacağı Ermənistana göndərilir
"Azərbaycan benzini Ermənistanda çox sürətlə satılır"
BOKT "International”ın istiqrazları üzrə hərracın nəticələri tələblərə cavab verməyib
"Xaricdə verilmiş uyğunluq sənədləri Azərbaycanda tanınacaq"






















