Azərbaycanın nəhəng zavodunu yaxından tanıyın!
"Azertexnolayn" MMC Azərbaycanın sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir desək tam haqlı olarıq. Milli sərvətlərimizin daşınmasını mümkün edən keyfiyyətli boruların istehsalını həyata keçirən "Azertexnolayn" MMC liderliyə sahib olmaqda israrlıdır. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərir.
"Azertexnolayn" MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik polad boru, qofralı boru, polietilen və PE 100 təzyiqli borular, fittinqlər, metal hasar və s. bu kimi məhsullar istehsal edir.
"Azərtexnolayn"ın əsas istehsal sahələrindən biri Polad Boru Zavodudur ki, burada təyinatı üzrə beynəlxalq standartlara cavab verən keyfiyyətli spiral tikişli polad borular istehsal olunur. Zavodda polad boru istehsalı üzrə üç xətt qurulub ki, onun da hər üç xətt üzrə illik istehsal gücü 200 000 tondur. İstehsal olunan boruların diametri 400–2400 millimetr, boru ət qalınlığı 6–25 millimetr, uzunluğu isə 6–16 metr arasındadır. Boruların təyinatına gəlincə, sənaye sahəsində bir çox boru xətlərinin – xam neft boru xətləri, təbii qaz boru xətləri, su xətləri, neft emalı zavodları, sənaye boru xətti şəbəkələri, polad konstruksiyalar, svay boruları və digər məqsədlər üçün xüsusi tətbiqləri həyata keçirilir.
"Azertexnolayn" MMC-nin növbəti zavodu Polietilen Məmulatlar Zavodudur. Zavod özünün çoxşaxəli istehsal sahələri ilə seçilərək qısa müddətdə ölkə tələbatını qarşılamaq üçün böyük addımlarla irəliləyir. Qofralı boru, PE 100 təzyiqli borular, plastik injeksiya məhsulları Polietilen Boru Zavodunun əsas fəaliyyət sahələrinə daxildir.
Qofralı polietilen boruların hazırlanması üçün yüksək keyfiyyətli xammal seçilir. Borular 3 qatdan 100 faiz yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli daxili qat, polad və yapışdırıcı polietilendən ibarət ara qat, xarici görünüşü hamar göstərən 100 faiz yüksək sıxlıqlı polietilen (HDPE) tərkibli qatdan ibarətdir. Yüksək keyfiyyətli qofralı borular xarici qatındakı büzməli məsamələr sayəsində ağır tonlu yük avtomobillərinə qarşı olduqca dözümlüdür. Həmçinin gərilmə və burulmaya, xarici sıxışdırmalara, eləcə də daxili və xarici polietilen izolyasiyası ilə paslanma və digər kimyəvi təsirlərə qarşı da davamlıdır. Qofralı polietilen boruların digər üstünlüyü bir-birinə rahat qaynaq edilməsidir.
PE 100 təzyiqli borular yüksək təzyiqədavamlılığı ilə seçilir. Bu borular daha az divar qalınlığına və daha yüksək mexaniki üstünlüklərə malikdir. Polietilen boruların standart ölçü nisbəti (Standard Dimension Ratio ) SDR 26- SDR7.4 intervalında və daxili təzyiqə davamlılığı PN 6- PN 25 diapazonundadır. Bu növ boruların istismar müddəti 50 ildən az deyil.
İnjeksiya sexində alman istehsalı olan ən müasir injeksiya avadanlıqları fəaliyyət göstərir. Bu avadanlıqlarda müxtəlif növ plastiklərdən qəliblərə uyğun çeşidli məhsullar istehsal edilir. Sexdə PE boruları üçün fittinqlər, ABS plastikdən sayğac qutuları və sifarişə uyğun hər çeşiddə plastik qablar istehsal olunur.
"Azertexnolayn" MMC metal hasar istehsalı sexində eni 2,5 metr və hündürlüyü 2,5 metrə qədər olan tel hasarlar istehsal edir. Hasarların hazırlanmasında sinklənmiş tellər istifadə olunduğundan məhsulun korroziyaya davamlılığı olduqca yüksəkdir. Tel hasarlar bir-birinə dirək və klipslər vasitəsilə bərkidilir. İstehsal olunan hasarların bütün montaj hissələri zavod tərəfindən təmin edilir. Sifarişə uyğun olaraq hasarların üstünə meyillilik vermək və tikanlı məftil əlavə etmək mümkündür.
"Azertexnolayn" MMC-nin nəzdində fəaliyyətə başlayan Texniki Avadanlıqlar Zavodu öz istehsal sahəsi üzrə peşəkarlıq nümayiş etdirir.
Müasir standartlara cavab verən məhsullar, eyni zamanda innovativ üsullarla istehsal prosesi bu zavodunun əsas prinsiplərindəndir.
Zavodun modelxana hissəsində 30-dan çox hazır model mövcuddur. Bu modellər sayəsində sifariş olunan məhsulları çoxlu sayda istehsal etmək mümkündür. Modellər müxtəlif ölçülü alətlər, lent mişarlar və CNC dəzgahların vasitəsilə hazırlanır və stoklanır. Zavoddakı Megatron CNC dəzgahı 2000 millimetr en, 4000 millimetr uzunluq və 1200 millimetr hündürlüyündə işləmə potensialına malikdir. Bu isə iri qabaritli məhsulların modellərinin hazırlanmasına imkan yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
17 saat əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
- 18 saat əvvəl
-
18 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
18 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
18 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 18 saat əvvəl
-
18 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
18 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı
























