Ən yuxarı (mobil)_30

Azərbaycanın peyklərindən əldə edilən gəlir açıqlandı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın peyklərindən əldə edilən gəlir açıqlandı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“İxrac İcmalı”nın iyun sayı təqdim olunub.

Marja xəbər verir ki, “İxrac İcmalı”nda qeyd edilib ki, 2022-ci ilin yanvar-may aylarında “Azərkosmos” tərəfindən dünyanın 33 ölkəsinə 10,8 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87 faizini təşkil edib. 2022-ci ilin may ayında isə “Azərkosmos” dünyanın 31 ölkəsinə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

2022-ci ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində isə 2,8 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,2 milyon ABŞ dolları ilə Fransa, 1,8 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə BƏƏ və 0,6 milyon ABŞ dolları ilə Pakistan qərarlaşıb.

01.07.2022 12:01
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18