"Ötən il məhsuldarlıq aşağı oldu. Bu il isə məhsul boldur"
Şabranın badam bağlarında bu il məhsuldarlıq yüksəkdir. Rayonun Ağalıq kəndində əkilən 23 hektar badam bağından bu il 70 tona yaxın məhsul yığılması gözlənilir. Badam ağaclarının böyüməsi, həm də keyfiyyətli aqrotexniki qulluq nəticəsində bu il məhsuldarlıq ikiqat artıb.
Təsərrüfatın aqronomu Ariz Ağamalıyev bildirib ki, ötən il bağlardan 40 tona yaxın badam yığılıb.
“Təsərrüfatımızda iki növ badam becərilir. 10 hektarda amerikan mənşəli “Guara”, 13 hektar yeni salınan bağlarda isə Fransadan gətirilən badam növü yetişdirilir. İlk saldığımız bağlardan artıq dördüncü ildir ki, məhsul toplayacağıq. Ötən il hava şəraiti səbəbindən məhsuldarlıq aşağı oldu. Bu il isə məhsul boldur. Bağdan toplanan məhsul yerli bazarda satılır”, - deyə A.Ağamalıyev söyləyib.
Təsərrüfatdakı 5 illik ağacların hər birindən bu il 6-7 kiloqram badam toplanacağı gözlənilir. Qarşıdakı illərdə isə bu rəqəm 10-12 kiloqramadək artacaq.
Şaxtaya və quraqlığa davamlı olması ilə seçilən xarici sort badam ağacları tam məhsula düşəndən sonra bir hektardan 6-10 ton məhsul yığmaq olur.
“Guara” adlanan badam növünə aid tinglər 3 ildən sonra məhsul verir. Sortun özəlliyi ondadır ki, gec çiçəkləyir, şaxtaya və quraqlığa davamlıdır. Ləpə çıxımı da təxminən 40-48 faizdir.
Şabranda badam yığımına hava şəraitindən asılı olaraq avqustun sonu, ya da sentyabrın əvvəllərində başlanılır.
Rayonda, ümumilikdə, 111 hektar badam bağı var. Rayondakı badam bağlarının 73 hektarı intensiv üsulla becərilir. Buna görə də hər il həmin bağlara görə fermerlərə dövlət tərəfindən bir hektara 730 manat subsidiya ödənilir. Bu da sahibkarları yeni bağların salınmasına həvəsləndirir.
Son illərdə şimal bölgəsində ən çox badam bağı Siyəzən rayonu ərazisində salınıb. “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin icrası nəticəsində rayonda yeni istifadəyə verilən suvarılan torpaqlarda 200 hektar sahədə badam ağacları əkilib.
Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Şabranda 33, Qusarda isə 10 hektar badam bağı salınıb.
İnstitut tərəfindən xaricdən gətirilən badam sortunun tinglərinin istehsalı üçün də iş aparılır. Bununla gələcəkdə badam tinglərinin idxalının qarşısı yerli istehsal hesabına alınacaq.
© Aərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
- 3 d. əvvəl
-
-
30 d. əvvəl
ABŞ və İsrailin körpüyə hücumuna cavab - İran region ölkələrində yerləşən mühüm körpüləri vura bilər
-
41 d. əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
-
50 d. əvvəl
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
-
53 d. əvvəl
Tramp: İranda geridə qalanları məhv etməyə hələ başlamamışıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanda taksilərin icbari sığorta xərcləri artırılır
Xalq Bankda əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin!
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Sea Breeze üçün daha bir vacib müqavilə imzalandı
Ən çox oxunanlar
Pezeşkian Əliyevə zəng edib
Rəsmi məzənnələr açıqlandı
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
Expressbank 4 nominasiya üzrə mükafatlandırılıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ











.jpg)







