Bayden: "Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldim"
ABŞ prezidenti Co Bayden “New York Times” üçün yazdığı məqalədə Rusiya ilə müharibədə istifadə edilmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb. Bayde Ukraynaya yeni 700 milyon dollarlıq hərbi yardım paketini açıqlayacağını da bildirib.ABŞ prezidenti Co Bayden Rusiya ilə müharibədə istifadə etmək üçün Ukraynaya qabaqcıl raket sistemləri göndərmək qərarına gəldiyini açıqlayıb.
Marja xəbər verir ki, Bayden “Nyu York Tayms” üçün məqalə yazıb.
Bayden Ukrayna üçün 700 milyon dollarlıq yeni hərbi yardım paketini açıqlayacağını və bu paket çərçivəsində "Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS)" adlı raket sistemini Ukraynaya göndərəcəyini bildirib.
Məlumata görə, ABŞ Ukraynaya 80 km məsafədəki hədəfləri dəqiq vura bilən raket sistemləri təqdim edəcək.
Rusiya-Ukrayna müharibəsinin artıq dördüncü aydır davam etdiyini qeyd Bayden, "Ukrayna xalqı cəbhədəki fədakarlıqları, mətanəti və uğurları ilə Rusiyanı təəccübləndirdi və bütün dünyanı ruhlandırdı", - yazıb.
Digər ölkələrin Ukraynaya həm hərbi, həm humanitar, həm də maliyyə dəstəyi verdiyini qeyd edən Bayden ABŞ-ın bu müharibə ilə bağlı mövqeyini açıqlayıb.
Rusiyaya qarşı sanksiyaları artırmaq üçün digər ölkələrlə işləməyə davam edəcəklərini vurğulayan Bayden, ABŞ-ın Ukraynaya Javelin tank əleyhinə raketləri, Stinger zenit raketləri, radar sistemlərini, PUA və Mi-17 kimi qabaqcıl silahları və helikopterləri göndərməyə davam edəcəyini qeyd edib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























