11 sığorta şirkətinin ödənişləri artıb
Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 7-sinin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-aprel aylarında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət 4 ay ərzində 795 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 3 milyon 897 min manat təşkil edib ki, bu da illik müqayisədə 9% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atasığorta" ASC-dədir. Bu şirkət il ərzində 2 milyon 344 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 75,1% azalaraq 34 min manata düşüb.
6 sığorta şirkətinin yığımları azalıb
Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 14-nün yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə yığımları illik müqayisədə ən çox artan şirkət "Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-dir. Bu şirkət 4 ay ərzində 3 milyon 711 milyon manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 3,2 dəfə çoxdur. Daxilolmaları ən az artan şirkət isə “Azərbaycan Sənaye Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 6 milyon 163 min manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 2,7% çoxdur.
Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət Dövlət Sığorta Kommersiya Şirkətindədir (“Azərsığorta”). Bu şirkətin daxilolmaları 91,7% azalaraq 3 milyon 322 min manat olub. Yığımlarda azalma baxımından ən yaxşı vəziyyət isə “Meqa Sığorta” ASC-dədir. Bu şirkətin daxilolmaları 7,3% azalaraq 8 milyon 503 min manata düşüb.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© "Renkinq"
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
11 d. əvvəl
Bank sədri: "Bu il 100 milyon manatlıq istiqraz emissiyasını planlaşdırırıq"
- 16 d. əvvəl
-
-
22 d. əvvəl
"Səhmdarlarımız nominal qiymətdən 15.6% dividend gəliri əldə edəcəklər"
-
27 d. əvvəl
Qırğızıstan vətəndaşlarının Azərbaycandakı BOKT-nun xalis mənfəəti 40 %-ə yaxın azalıb
- 56 d. əvvəl
-
58 d. əvvəl
ABB səhmdarlarına 200 milyon manat dividend ödənişi təklif ediləcək - MÜSAHİBƏ
-
1 saat əvvəl
Yapı Kredi “Texnologiyada Fürsət Bərabərliyi” proqramını Azərbaycana gətirdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycan neftinin son qiyməti
Azərbaycanın iri bankı Özbəkistanda bank alır
Azərbaycanın ixracı və idxalı azalıb
Ən çox oxunanlar
Azərbaycan Ermənistandan məhsul idxalına başlayıb
Azərbaycana avtomobil idxalında böyük azalma
Əfsanəvi investor vəfat edib
Rəsmi məzənnələr açıqlandı
Çin iqtisadiyyatı 5% artıb





.jpg)









.jpg)








