Rabitəbank və “Budapest Institute of Banking”in rəhbərləri arasında önəmli görüş!
Macarıstanda rəsmi səfərdə olan Rabitəbank-ın İdarə Heyətinin Sədri Aydın Hüseynov, səfər zamanı Budapeşt şəhərində yerləşən “Budapest Institute of Banking”in (BIB) İcraçı Direktoru Fábián Gergely ilə görüş keçirib.
Rabitəbank-ın yaydığı məlumatda bildirilir ki, görüşdə Rabitəbank ilə İnstitut arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda müzakirələr aparılmşdır.
Rabitəbank-ın işçi heyətinin bankçılıq sahəsində bilik və bacarıqlarının artırılması ilə bağlı danışıqlar keçirilmiş və əməkdaşlıq memorandumunun imzalanması istiqamətində müzakirələr aparılmışdır.
Qeyd edək ki, BIB, bank işi və maliyyə üzrə təlimlər təklif edən təhsil institutudur. Təlim kursları çərçivəsində bazar tələblərinə uyğunlaşdırılmış müasir, innovativ və təcrübəyə əsaslanan ambisiyalara nail olunur.
Bundan öncə də bank əməkdaşlarının maliyyə və iqtisadiyyat sahəsində ən müasir biliklərə yiyələnmələri üçün bir çox tədbirlər keçirən Rabitəbank-ın əsas məqsədlərindən biri əməkdaşlarının çalışdıqları sahə üzrə təcrübələrinə beynəlxalq təcrübələr qatmaqdır.
Aydın Hüseynov bildirib ki, bankın yeni strategiyasına əsasən bank, daim işçi heyətinin peşəkar inkişafına yatırımlar edir və bu cür beynəlxalq təcrübələr qazanan ekspertlərimiz müasir biliklərə yiyələnərək sektorda ciddi rəqabət yaradacaqdır.
"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
19 d. əvvəl
“Absheron Saffron” şirkəti “Azexport” portalı ilə ixracını genişləndirməyi hədəfləyir
- 45 d. əvvəl
- 48 d. əvvəl
- 51 d. əvvəl
-
57 d. əvvəl
“Rosatom”un rəhbəri: “Buşəhr” AES-ə zərbə regional fəlakətə gətirib çıxaracaq
-
1 saat əvvəl
Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
“PAŞA Həyat Sığorta”da yeni təyinat
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb





























