“Akkord”: Vergi borcu pandemiyanın gətirdiyi çətinliklərdən yaranıb
Xəbər verdiyimiz kimi, “Akkord” şirkətlər qrupuna daxil olan “Akkord Hydrotechnical Construction Company” MMC-nin külli miqdarda vergi borcu yaranıb.
Şirkət bəzi məqamlara aydınlıq gətirib.
Verilən açıqlamada bildirilib ki, yazıda adları qeyd olunmuş və “Akkord” Korporasiyasına daxil olan hüquqi şəxslərin dövlət büdcəsinə yaranmış öhdəlikləri (2 milyon 225 min manat -red) pandemiyanın gətirdiyi çətinliklərdən doğub: "Korporasiya bu öhdəliklərin hissə-hissə icrası istiqamətində vegi orqanları ilə danışıqlar aparıb və müəyyən razılıq əldə olunub.
Korporasiya barəsində Nərimanov Rayon Məhkəməsinin icraatında olan inzibati xətalar haqqında işə gəldikdə isə, qeyd edirik ki, Mərkəzi Bank tərəfindən tərtib olunmuş protokolla bağlı Korporasiya zəruri sübutları məhkəməyə təqdim edəcək. İnanırıq ki, məhkəmə tərəfindən obyektiv, qanuni və ədalətli qərar qəbul olunacaq".
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur.
KREDİTİ ONLAYN əldə et – 30 000 AZN-dək, 0% komissiya
© "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 7 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
12 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
12 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
























