“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA yeni nəsil rəqəmsal imzanın “ASAN Login” Vahid Giriş Sisteminə inteqrasiyası yekunlaşıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “ASAN Login” Vahid Giriş Sistemi üzərindən göstərilən dövlət xidmətləri indi vətəndaşlara daha əlçatan olacaq.
Vətəndaşlar SİMA vasitəsilə “ASAN Login”ə daxil olmaqla (https://asanlogin.my.gov.az/auth) bura inteqrasiya olunan 80 portala və sistemə vahid məkandan giriş-çıxış imkanı əldə edəcəklər.
SİMA-dan istifadə edərək heç yerə getmədən, vaxt itkisinə yol vermədən, eləcə də imza üçün ödəniş etmədən “myGov”, “ASAN ödəniş”, “e-Sosial”, “e-Agro”, “e-Satınalma”, “e-Hərrac”, Mərkəzi Bankın Elektron Müraciətlər Sistemi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Dövlət Reklam Agentliyinin, eləcə də digər qurumların portal və sistemləri üzərindən göstərilən xidmətlərə daha rahat giriş edə biləcəklər. Hazırda həmin portallar vasitəsilə təqdim edilən xidmətlər üçün sənədlərin SİMA ilə imzalanmasının inteqrasiya prosesi davam edir.
Ümumiyyətlə, SİMA vasitəsilə imza tələb olunan bütün elektron xidmətlərdən yararlanmaq mümkündür.
SİMA mobil tətbiqində qeydiyyatdan keçməklə rəqəmsal imzanın əldə edilməsi Elektron Hökumət Portalında təqdim edilən xidmətlərə girişi daha asan edir.
Artıq elektron imza əldə etmək üçün xidmət ofislərindən asılılığa son qoyulur. Bununla da ölkənin istənilən nöqtəsində yaşayan və internetə çıxış imkanı olan hər bir vətəndaş olduğu yerdən elektron dövlət xidmətlərindən yararlanmış olacaq. Bu imkan vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, fərdlərin rəqəmsal hökumət konseptindəki rolunun daha da aktivləşməsinə səbəb olacaq.
Rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Mobil tətbiqlə işləyən imzanın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda sənəd imzalama imkanı qazandırır.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı sima.az saytından və “157” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
8 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
8 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 9 saat əvvəl
-
9 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir






















