“NAS Project BOKT” ASC fəaliyyətinin ilk ili üzrə maliyyə göstəricilərini açıqladı
Fəaliyyət göstərdiyi yarım il ərzində kredit təşkilatının böyüklüyü 1,5 milyon manatı keçib.2021-ci ildə fəaliyyətə başlamış “NAS Project BOKT” ASC 31 dekabr 2021-ci il tarixində bitən il üzrə audit olunmuş maliyyə hesabatlarını açıqlayıb.
Marja.az təşkilata istinadən xəbər verir ki, 31 dekabr 2021-ci il tarixində “NAS Project BOKT” ASC 1 milyon 573 min manat cəmi aktivlərə, o cümlədən 1 milyon 477 min manat kredit portfelinə malik olub.
2021-ci ildə “NAS Project BOKT” 89 min manata yaxın faiz gəlirləri, 7 min manata yaxın haqq və komissiya gəlirləri əldə edib. Ötən il təşkilatın cəmi xərcləri 127 min manat təşkil edib. Xərclər gəlirləri üstələdiyindən “NAS Project BOKT” ASC 2021-ci ili 30 min manat xalis zərər ilə başa vurub.
Qeyd edək ki, “NAS Project BOKT” ASC 02 oktyabr 2020-ci ildə davamlı kredit xidməti göstərmək məqsədilə təsis edilib. "Nas Project BOKT" ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 10 iyun 2021-ci il tarixli, BKT -38 saylı Lisenziyası əsasında fəaliyyət göstərir. ASC-nin nizamnamə kapitalı 300 min manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 12 d. əvvəl
-
-
30 d. əvvəl
İran: Düşmən yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacaq
-
33 d. əvvəl
İran böhranı davam edərkən Trampdan neft qiymətləri ilə bağlı proqnoz
- 58 d. əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
“AS İnşaat” MMC-nin inşa etdiyi Ağalı kəndi “Euronews”un diqqət mərkəzində
- 15 saat əvvəl
-
15 saat əvvəl
ABB-nin yeni istiqrazlarının faizləri məlum oldu - 10 MİLYON MANAT CƏLB EDİR
-
16 saat əvvəl
Səudiyyə Ərəbistanı Hörmüzə alternativ olaraq Qırmızı dənizi qiymətləndirir
- 16 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
"Prior Leasing"in xalis mənfəəti artıb
İran qida məhsullarının ixracını qadağan edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Coca-Cola” Azərbaycanda “Novruz 2026” kampaniyasına start verdi
PAŞA Bankdan rəqəmsal depozitdə bayram təklifləri!

























