Abşeron Logistika Mərkəzi şəxsi kabinet istifadəyə verdi - VİDEO
(®) Abşeron Logistika Mərkəzi tərəfindən aparılan rəqəmsal transformasiya prosesinin davamı olaraq sahibkarların rahatlığını təmin etmək məqsədilə şəxsi kabinet istifadəyə verilib. Artıq sahibkarlar xidmətlərdən istifadə edən zaman Mərkəzə yaxınlaşmalarına ehtiyac olmayacaq.
Uniser şirkəti ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində ərsəyə gələn bu yenilik sayəsində sahibkarlar şəxsi kabinetdən qeydiyyatdan keçərək, istənilən vaxt bütün prosesləri onlayn şəkildə, asanlıqla idarə edə bilərlər.
Eyni zamanda bütün xidmətlər üzrə hesabatları aylıq olaraq platforma üzərindən əldə etmək də mümkündür. Həmçinin platforma vasitəsilə şəffaflıq və e-təhlükəsizliyi yaxşılaşdırılmaqla proseslərin daha da effektiv idarə olunmasına nail olunacaqdır.
İstifadəçilər “cb.absheronport.az” səhifəsinə daxil olaraq, açılan pəncərədəki xanalara müvafiq məlumatları qeyd edərək şəxsi kabinetdən həm fiziki şəxs, həm də hüquqi şəxs olaraq qeydiyyatdan keçə bilərlər. Sahibkarlar şəxsi kabinet vasitəsilə hal-hazırda aktiv olan terminal və broker xidmətləri üzrə sifarişlərini edə, yüklərini izləyə, bütün lazımi sənədləri yükləyə və ödənişlərini onlayn şəkildə edə bilərlər. Ən qısa zamanda mərkəz tərəfindən təklif olunan digər xidmətlər üzrə əməliyyatlar da platformaya əlavə olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub
























