2050-ci ildə indikindən 3500% daha çox litium tələb olunacaq
Avropa İttifaqı iqlim məqsədlərinə çatmaq üçün bərpaolunan enerji texnologiyalarına böyük sərmayə yatırır. Elektrikli avtomobillər, çiplər, külək turbinləri və günəş panelləri kimi yaşıl transformasiyaya töhfə verəcək məhsulların istehsalı üçün xammalardan intensiv istifadə olunur. Avropa Metal İstehsalçıları Birliyi Eurometaux tərəfindən aparılan araşdırma, bu ehtiyacın hər il artacağını və 2050-ci ilə qədər bugünkündən qat-qat yüksək rəqəmə çatacağını göstərir.Covid-19 pandemiyası, Ukraynanın işğalı və onu müşayiət edən enerji böhranı Avropanın xüsusilə yaşıl transformasiya üçün istifadə etdiyi xammal təchizatında davamlılıq problemlərini ortaya çıxarıb.
Marja.az xəbər verir ki, Avropa Metal İstehsalçıları Assosiasiyasının Eurometaux tərəfindən Belçikanın Leuven Katolik Universitetinə sifarişi ilə aparılan araşdırmaya görə, Avropa Birliyi yaxın illərdə bərpaolunan enerji texnologiyalarının istehsalında daha çox xammal istifadə etməli olacaq. Məsələn, akkumulyator sənayesi indikindən 3500 faiz çox litium və 330 faiz daha çox kobalta ehtiyac duyacaq.
Araşdırmaya görə, xammala ehtiyacı hər il tədricən artacaq və 2050-ci ilə qədər çox yüksək məbləğlərə çatacaq.
Rəqəmlər ilə 2050-ci il:
-5 milyon ton alüminium (bugünkü istifadə ilə müqayisədə 33% artım)
-5 milyon ton mis (+35%)
-800.000 ton litium (+350%)
-400.000 ton nikel (+100%)
-300.000 ton sink (+10-15%)
-200.000 ton silikon (+45%)
-60.000 ton kobalt (+330%)
“Mədən sənayesinə investisiya cəlbedici olmalıdır”
Tədqiqatın aparıcı müəllifi Liesbet Gregoir Euractiv-ə bildirib ki, “Avropa ilkin metal xammalı üçün artan tədarük boşluğunu necə aradan qaldıracağına təcili qərar verməlidir”. Şirkətlər üçün mədənçilik sahəsinə sərmayə qoymağın cəlbedici olmasının vacibliyini vurğulayan Gregoir, “İcazə prosedurları uzun müddət çəkir. Odur ki, biz şəffaf olmalıyıq, ictimaiyyəti mədən işlərinin zəruri olduğuna inandırmalı, arxamızca ictimai dəstək almalıyıq. Bunun ekoloji təsiri var, lakin bu təsirləri idarə etmək olar”.
Yeni mədənlərin açılması kömür hasilatından uzaq olan bölgələrdə məşğulluq yaradsa da, bunun üçün Avropada mentalitet dəyişikliyinə ehtiyac olduğu aydındır. Amma digər tərəfdən, Avropa İttifaqının alüminium, nikel və mis tədarükündə Rusiyadan asılılığı hazırkı şəraitdə istehsalda problemlər yaradır.
Bu səbəbdən Avropa Komissiyası idxalda resurs müxtəlifliyi yaratmaq yollarını axtarır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 1 saat sonra
-
- 13 d. əvvəl
-
28 d. əvvəl
Bank Respublika “Qızıl Seçim” lotereyasının ikinci tirajının qaliblərini elan etdi!
-
36 d. əvvəl
ABB-nin son açıqlamasından sonra "DavrBank"ın beynəlxalq reytinqi yüksəldi
-
1 saat əvvəl
"JPMorgan Chase" 2026-cı il üzrə qızılın qiyməti proqnozunu aşağı salıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Baku Electronics-də yaz fürsətləri davam edir!
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
Trampın İrana xəbərdarlığından sonra neft daha da bahalaşıb
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir







.jpg)





.jpg)






