Azərkosmos Afrikaya peyk xidmətləri təqdim edəcək
Azərkosmos “Signalhorn” şirkəti ilə birgə Afrikaya peyk xidmətləri təqdim edəcəkAzərkosmos və İsveçrənin “Signalhorn” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata görə, müqaviləyə əsasən “Signalhorn” “Azerspace-1” peykinin C diapazonu vasitəsilə Afrika regionundan olan müştərilərinə xidmət göstərəcək.
Azərkosmos və “Signalhorn” “iDirect” peyk rabitə platformasından istifadə etməklə Afrikada humanitar yönümlü layihələrdə genişzolaqlı peyk xidmətləri və çoxsaylı peyk tətbiqləri təqdim edəcək.
“Siqnalhorn” ilə əməkdaşlığımız Afrika regionundakı mövqeyimizi daha da gücləndirəcək, qabaqcıl, etibarlı və çevik həllərimiz yeni layihələrə yol açacaq”, – deyə Azərkosmosun baş kommersiya direktoru Mark Qusriye bildirib.
“Yeni müqavilə iki şirkət arasındakı davamlı əməkdaşlığı təmin edəcək və Afrikada “Azerspace-1” peykindən istifadə edənlərin sayı artmış olacaq. Biz tərəfdaşımız Azərkosmosla birgə xidmətimizin etibarlılığına tam əminik”, – deyə “Signalhorn”un baş kommersiya direktoru Nigel Gibson qeyd edib.
Qeyd edək ki, “Signalhorn” şirkəti qlobal miqyasda şəbəkə xidmətləri və kommunikasiya həlləri üzrə 40 ildən çox təcrübəyə malikdir.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
16 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
-
33 d. əvvəl
Subway Azərbaycana gəldi: ilk restoranlar istifadəyə verildi, yeni planlar açıqlandı
- 50 d. əvvəl
-
56 d. əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























