Unibank Mobile istifadəçilərinə hədiyyə qazandırır
Kommunal, hökumət ödənişləri, kreditlər və digər ödənişləri edərkən bonuslar qazanmaq istəyirsinizsə, ödənişlərinizi Unibank Mobile-la edin.
Mobil əlavəyə edilən funksiya ödənişlər və depozitlərlə bağlı bir sıra əməliyyatlarda sizə bonus balları qazandıracaq. Bonuslar bölməsindəki kvest əməliyyatları isə sizə əlavə 250 bal qazandırır. Qazandığınız bonusları hədiyyələrə və digər ödənişlərə yönləndirə bilərsiniz. Unibank Mobile-a əlavə edilən digər yeni funksiya isə ölkədaxili bütün kartlara köçürməni mümkün edir. Mobil əlavədən istifadə qaydaları, imkanlar, bir sözlə bu haqda bütün bilmək istədiyiniz məlumatlar menyunun “Ayarlar” bölməsində olan FAQ (sual/cavab bazası)funksiyasında cavablandırılıb.
Unibank Mobile hansı imkanları yaradır?
-Bütün hesablarınıza onlayn şəkildə nəzarəti mümkün edir;
-Telefonunuzun kitabçasında qeydiyyatda olan dostlarınıza siyahıdan rahat şəkildə köçürmə etməyə imkan verir;
-Unibank-dakı bir kart və ya hesabınızdan digər kart və ya hesabınıza pul köçürməsi, kartın bloklanması və blokdan açılması - bunlar hamısı bir kliklə mümkündür;
-Olduğunuz yerdən kommunal, internet , kabel tv , kredit - istədiyiniz ödənişi həyata keçirin;
-Aylıq ödənişlərinizi sistemə avtomatik ödənişlər siyahisina daxil edin və bu ödənişlər təyin etdiyiniz vaxtda avtomatik köçürülür;
-Unibank Mobile əlavəsi sizə həmçinin depozit və cari hesab açmağa imkan yaradır. Bundan əlavə mövcud əmanətlərinizlə bağlı bütün məlumatları banka gəlmədən əldə edə bilərsiniz.
Siz Unibank Mobile-ın köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərsiniz.
Unibank Mobile İOS və Android platformalarında işləyir. Öz smartfonunuza və planşetinizə Unibankın mobil bank xidmətini bu linkindən http://onelink.to/ffdbwf yükləyə bilərsiniz.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile –Bankdan daha yaxın!
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 19 saat sonra
-
-
1 saat əvvəl
"Sumqayıt Yeni Tullantı Sutəmizləyici Qurğunun tikintisi" üzrə kredit sazişi imzalanıb
-
1 saat əvvəl
Azərbaycan xaricdən geyim alışını azaldıb - İdxalı 14 milyon azalaraq 167 milyon dollara düşüb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
“Sea Breeze Arena”nın tikintisi üzrə müqavilə imzalanıb
Azərbaycanda minik avtomobillərinin istehsalı 18,3% azalıb, avtobus istehsalı isə 4,3 dəfə artıb
İyunun 19-da gözlənilən hava şəraiti
Ən çox oxunanlar
"İqtisadi inkişafımızla bağlı hər hansı çətinliklər gözləmirik"
Azərbaycan neftinin son qiyməti
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək























