2017-də gözlənilən ən böyük risklər açıqlandı
20 Yanvar 2017-ci il tarixində Ağ Evdəki vəzifəsinə rəsmən başlayacaq Donald Trumpın söz verdiyi proteksionist ticarət siyasəti, Çin iqtisadiyyatında yavaşlama, Avropa Birliyinin (Aİ) gələcəyinə dair qeyri-müəyyənliklər 2017-ninən böyük riskləri kimi önə çıxır.
"Marja" xəbər verir ki, çətin bir ili arxada qoymağa hazırlaşan qlobal iqtisadiyyatı 2017-də yeni risklər gözləyir.
Qlobal iqtisadiyyat üçün 2017-də ən böyük risk, Trumpın söz verdiyi proteksionist ticarət siyasətini həyata keçirməsi görünür. Trumpın siyasətlərinin qlobal ticarət müharibəsinə təkan verməsindən və dünya iqtisadiyyatında durğunluğu atıracağından narahatlıq edilir.
Dünyanın ən böyük ikinci iqtisadiyyatı Çində iqtisadi artımın yavaşlaması, ölkədən kapital çıxışlarının sürətlənməsi gələn il üçün ikinci böyük risk kimi göstərilir. İnkişaf etməkdə olan ölkələrdən çıxan sərmayə ötən il 735 milyard dollara çatmış və bunun dörddə üçü Çindən baş vermişdi.
Çindən bu il 1 trilyon dollara yaxın sərmayənin ölkə xaricinə çıxdığı qeyd edilərkən, sözügedən çıxışın davam etməsinin ölkədəki iqtisadi problemləri daha da dərinləşdirəcəyi ifadə edilir. Bu ölkədə son dövrdə mənzil qiymətlərindəki artım yeni bir "köpük" yaratmış, hökumət də bu riskə qarşı müxtəlif tədbirlər görür. Çinin iqtisadi göstəricilərində baş verəcək mənfi halların bütün dünyaya təsir edəcəyi gözlənilir.
Brexit qeyri-müəyyənliyi
Britaniyanın Avropa Birliyindən (AB) çıxması qərarı (Brexit) və sonrakı proseslər, 2017-nin başqa bir risk faktoru olaraq yaxından izlənir. İngiltərənin İttifaqdan çıxması prosesində qlobal maliyyə bazarlarının mürəkkəb və təlatümlü axarına davam edəcəyi, bunun da investisiyalara zərər verəcəyi bildirilir. Bu vəziyyətin, başda AB ölkələri olmaqla qlobal iqtisadiyyata mənfi təsir göstərəcəyi dilə gətirilir.
Digər tərəfdən, Brexit-in Birlik əleyhinə qrupların güclənməsinə yol aça biləcəyi, bu vəziyyətin Avropa Birliyi layihəsini təhlükəyə salacağı qeyd olunur.
Avropada banklarının problemli kreditləri
İtaliya banklarının problemli kreditləri (360 milyard avrodan çoxdur) və Yunanıstandakı iqtisadi böhran, bank sisteminə dair narahatlıqları 2017-ci ilə daşıyır. İtalya bankları ilin əvvəlindən bu yana, təxminən 50% ucuzlaşıblar. 2008 maliyyə böhranının ardından çox müzakirə edilən "xilasetmə paketləri" almaması vəziyyətində İtaliya banklarının iflasının gündəmə gəlməsi, Avropanın öz "Lehman böhranını" yaşaması bir risk faktoru olaraq qlobal iqtisadiyyatı təhdid edir.
Bundan başqa, avro bölgəsindəki yüksək borc xərclərinin böhran qorxularını xortlada biləcəyi riski də narahatlıqları artırır.
Avropada populizm yüksəlişi riski
Cənubi Çin Dənizindəki hadisələr, Filippin ilə Çin kontekstinin xaricində bir məna ifadə edir. Bu su yolunun qlobal ticarət, təhlükəsizlik və geostrateji əhəmiyyətinə görə, başda ABŞ olmaqla Qərb maraqları istiqamətində hərəkət edən Avstraliya, Yaponiya kimi digər region ölkələri də mövzunu yaxından təqib edirlər. Bu bölgədəki proseslərin gələn il qlobal iqtisadiyyata təsir etməsi gözlənilir.
Rusiya və qərb ölkələrinin qarşı-qarşıya gəlməsi, neft və əmtəə qiymətlərinin ani düşməsi və ya yüksəlməsi, mərkəzi bankların tətbiq etdiyi neqativ faiz kimi qeyri-müəyyən siyasətin davam etməsi, AB-də populizm yüksəlişi və Latın Amerikasında Braziliya iqtisadiyyatında qeyri-sabitliyinin davam etməsi, 2017-də qlobal iqtisadiyyatın qarşısında ən böyük risklər kimi önə çıxır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 8 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda nəqliyyat sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Metropolitendə aylıq sərnişindaşıma ilk dəfə pandemiyadan əvvəlki dövrdən çox olub
-
12 saat əvvəl
Prezident 2023-cü ilin dövlət büdcəsinin icrasını təsdiqlədi
- 12 saat əvvəl