Tokioda mənzil qiymətləri tarixi ən yüksək səviyyəsinə çatıb
Orta qiymət 63,3 milyon yen (503 min dollar) təşkil edib.2021-ci maliyyə ilində (1 aprel 2021-ci il - 31 mart 2022-ci il) Tokio və ətraf ərazilərdə mənzillərin orta qiyməti 63,3 milyon yenə (503 min dollar) çatıb ki, bu da bütün zamanların ən yüksək göstəricisidir.
Marja xəbər verir ki, bu barədə bazar ertəsi Yaponiya Daşınmaz Əmlak İqtisadiyyatı İnstitutuna istinadən Kyodo agentliyi məlumat yayıb.
Məlumata görə, Tokioda, eləcə də qonşu Çiba, Kanaqava və Saitama prefekturalarında daşınmaz əmlakın orta qiyməti ötən maliyyə ilində 6,1% artaraq, 1990-cı maliyyə ilində qeydə alınan əvvəlki maksimum 62,14 milyon yeni keçib.
Hesabat dövründə Tokionun mərkəzində bir mənzilin orta qiyməti 84,4 milyon yen (668 min dollar) təşkil edib ki, bu da tarixi maksimumdur. Bu ərazidə mənzillərin qiyməti 1991-ci ildən bəri 80 milyon yeni ötməmişdi.
Təhlilçilərinin fikrincə, böyüyən bazar Tokionun mərkəzində dəbdəbəli daşınmaz əmlaka güclü tələbatla dəstəklənir. Həmçinin əmək və tikinti materialları xərclərinin artması da qiymətlərin yüksəlməsinə təkan verir. Yaponiya Mərkəzi Bankının güzəştli kredit siyasəti fonunda ipoteka şərtləri alıcılar üçün cəlbedici olmağa davam edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 3 saat əvvəl
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















