AQTA GMO ilə bağlı Siyavuş Novruzova cavab verib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Milli Məclisdə ikinci oxunuşda qəbul edilmiş “Qida təhlükəsizliyi haqqında” qanun layihəsində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən (GMO) əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsinin nəzərdə tutulmasına münasibət bildirib.
Q. Təhməzli bildirib ki, qanunda söhbət qida məhsullarından deyil, heyvan və quş yemlərindən gedir: “Avropa Qida Təhlükəsizliyi Agentliyi tərkibində GMO olan yemlərlə bəslənən heyvanlardan hazırlanmış məhsulların insanlara heç bir təsiri yoxdur. Bu yemlər də izləniləcək”.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən iclasında “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Azərbaycana geni dəyişdirilmiş bu meyvələrin özü yox, toxumları gətirilir. Soyuqda bitməsi nəzərdə tutulan və daha çox məhsul verən bitkini gətirib Azərbaycanda əkirlər, onun məhsullarının da insana psixoloji təsiri başqa cür olur: “Bitkilərin müxtəlif vəhşi heyvanların genindən formalaşmış və çox məhsul verə biləcək toxumları hazırlanır. Bu toxumlardan alınan məhsullar da insanlarda aqressivliyin artmasına yol açır. Digər məsələ müxtəlif malların, məhsulların rayon yerlərində eyni yerdə satışının təşkil olunmasıdır. Geyim, yemək və digərləri bir yerdə satılır, bu da zəhərlənmə hallarının artmasına səbəb olur”
Qeyd edək ki, qanun layihəsində əksini tapan 13-cü maddədə (Genetik modifikasiya olunmuş orqanizmlərə və yem məhsullarına dair tələblər) qeyd edilir ki, Azərbaycan Respublikasının ərazisində siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalına, emalına və dövriyyəsinə həmin məhsullar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qeydiyyata alındıqdan sonra icazə verilir. Qeydiyyatdan keçməmiş yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır. Azərbaycan Respublikasının ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının ilkin istehsalı qadağandır. Genetik modifikasiya olunmuş orqanizmlər və yem məhsullar qeydiyyata alınması üçün aşağıdakı tələblərə cavab verməlidir:
- həyat və sağlamlığa zərərli olmamalı;
- istehlak xüsusiyyətləri ilə bağlı istifadəçiləri aldatmamalı;
- heyvanların normal qidalanması üçün əvəz etdiyi məhsullardakı zəruri inqrediyentlərə malik olmalıdır.
Nəzərə çatdıraq ki, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna əsasən, Azərbaycan Respublikasında genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsi qadağandır. Azərbaycan Respublikasına idxal olunan bütün genetik materialların ölkənin gömrük sərhədindən keçirilərkən genetik modifikasiyaya məruz qalması yoxlanılır və genetik modifikasiya olunmuş materialların hərəkətinə qanuna uyğun qaydada icazə verilmir. Genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının elmi-tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirmək məqsədi ilə Azərbaycan Respublikasına idxalına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yol verilə bilər.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















