“Aqrar Sığorta”nın gəlirlərində sıçrayış – şirkət zərərdən mənfəətə keçdi
Aqrar Sığorta Fondunun əməliyyat şirkəti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2021-ci ili 497 min 880 manat xalis mənfəət ilə başa vurub. Halbuki, Şirkət təsis edildiyi 2020-ci ili 203 min 263 manat xalis zərər ilə bağlamışdı.
Marja.az ASC-nin maliyyə hesabatlarına istinadən xəbər verir ki “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin xidmətdən yaranan gəlirləri 2020-ci illə müqayisədə 2021-ci ildə 637 dəfədən çox artaraq1 milyon 131 min manat təşkil edib. Şirkət 2020-ci ildə 1774 manat gəlir əldə etmişdi.
2020-ci illə müqayisədə 2021-ci ildə şirkətin əməliyyat xərcləri 3 dəfədən çox artaraq 628 min manat təşkil etsə də, gəlirlərin daha çox artması həm xərcləri bağlayıb, həm də xalis mənfəətin formalaşmasını təmin edib.
ŞİRKƏT BÖYÜYÜB
31 Dekabr 2021-ci il tarixində “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 2 milyon 867 min 992 manat cəmi aktivlərə və 385 min 875 manat cəmi öhədliklərə malik olub. Şirkət 2020-ci ilin sonunda 1 milyon 993 min 620 manat cəmi aktivlərə 6 min 266 manat cəmi öhdəliklərə malik idi.
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta sistemi üzrə idarəedici şirkət – “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” Açıq Səhmdar Cəmiyyətidir. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC – Aqrar Sığorta Fondu adından aqrar sığorta sisteminin idarəedilməsini həyata keçirən kommersiya hüquqi şəxsdir.
“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC 31 avqust 2020-ci il tarixində Azərbaycanda fəaliyyət göstərən 7 sığorta şirkəti (“Azərbaycan Sənaye Sığorta” ASC, “AzSığorta” ASC, “Bakı Sığorta” ASC, “Xalq Sığorta” ASC, “Qala Sığorta” ASC, “Meqa Sığorta” ASC, “PAŞA Sığorta” ASC) tərəfindən bərabər paylarla təsis edilib.
"Aqrar Sığorta Müştərək Sığorta Şirkəti" ASC-nin nizamnamə kapitalı 2 milyon 187 min 500 manatdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 9 saat əvvəl
-
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
12 saat əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
12 saat əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
- 12 saat əvvəl
-
12 saat əvvəl
Sabah külək güclənəcək, yağıntı intensivləşəcək - Temperatur 5-8 dərəcə enəcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Ən çox oxunanlar
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
ABB Dövlət Vergi Xidmətinin 2 mükafatını qazandı
Qlobal ərzaq qiymətləri 5 aydan sonra yenidən artıb



















