Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başladı
Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib.
Bankdan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür.
Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq.
“Rəqəmsal filial” “Unibank”ın ənənəvi filiallarından konseptinə və görünüşünə görə də fərqlənir. Tamamilə rəqəmsal konseptdə qurulan filial, müştərilərin rahatlığına uyğunlaşdırılıb. Rahat və səmimi xidmət forması, müştəri məmnuniyyətini daha da yüksəltməyə xidmət edir.
Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan ATM və ödəmə terminalları quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır
Əgər növbədə gözləmədən, həm də çox rahat, səmimi bir ünvanda bank məhsul və xidmətlərindən istifadə etmək istəyirsinizsə, Unibankın yeni “Rəqəmsal filial”ı sizin xidmətinizdədir!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
1 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 5 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























