Borrell: "Avropa İttifaqı Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək"
Aİ Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işləyəcək.
Bu barədə Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bəyanatında bildirib.
"Avropa İttifaqı Rusiya silahlı qüvvələrinin işğaldan azad edilmiş Ukraynanın bir sıra şəhərlərində daha əvvəl törətdiyi vəhşəti ən sərt şəkildə pisləyir. Çox sayda mülki əhalinin ölümü, həmçinin mülki infrastrukturun dağıdılması ilə bağlı dəhşətli görüntüləri Rusiyanın Ukraynaya və onun xalqına qarşı apardığı amansız işğalçılıq müharibəsinin əsl simasını göstərir. Buça şəhərində və Ukraynanın digər şəhərlərində törədilən qətliamlar Avropa torpaqlarında törədilən vəhşiliklər siyahısına salınacaq", Cozep Borrell bəyanatında bildirib.
Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, baş verənlərə görə Rusiya hakimiyyət orqanları məsuliyyət daşıyır.
"Müharibə cinayətlərinin və digər ciddi pozuntuların təqsirkarları, habelə məsul dövlət rəsmiləri və hərbi rəhbərlər məsuliyyətə cəlb olunacaqlar. Avropa İttifaqı Rusiya Silahlı Qüvvələri tərəfindən Ukraynada insan hüquqlarının pozulmasına və beynəlxalq humanitar hüququn pozulmasına görə məsuliyyəti təmin etmək üçün bütün tədbirləri dəstəkləyir".
Bəyanatda qeyd olunub ki, Aİ Ukraynada baş verənlərlə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin başlatdığı təhqiqatı dəstəkləyir.
"Aİ Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək və təcili olaraq Rusiyaya qarşı növbəti sanksiyalar üzərində işə başlayacaq.
Prezident Putin bu müharibəni dərhal və qeyd-şərtsiz dayandırmalıdır", Cozep Borrell bəyanatında qeyd edib.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























