Asiya bankı "Qaradağ" GES-in tikintisinə 36 milyon dollarlıq kredit təklif edir
Asiya İnkişaf Bankı (AİB) BƏƏ-nin "Masdar" şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək "Qaradağ" Günəş Elektrik Stansiyasının (GES) tikintisi və fəaliyyəti üçün ölkədə layihənin həyata keçirilməsi məqsədi ilə yaradılmış "Masdar Azerbaijan Energy" MMC-yə 35,7 mln. ABŞ dolları həcmində üstün hüquqa malik kredit təklif edir.
AİB-in yaydığı məlumata görə, layihə bankın 2030-cu il Strategiyasına aid üç əməliyyat prioritetini dəstəkləyir: iqlim dəyişikliyi ilə mübarizə, iqlim və fəlakətlərə davamlılığın yaradılması və ekoloji dayamlılığın yaxşılaşdırılması.
Layihə həmçinin qeyri-neft özəl sektorunun inkişafını dəstəkləməklə və maliyyəyə çıxışı yaxşılaşdırmaqla Azərbaycanın neft ixracından asılılığını azaltmağa və iqtisadi dayanıqlığı yaxşılaşdırmağa kömək etmək üçün AİB-in 2019-2023-cü illər üzrə ölkə tərəfdaşlığı strategiyasına töhfə verir. Qeyd edək ki, BƏƏ-nin "Masdar" şirkəti layihənin sponsoru olacaq.
Xatırladaq ki, bundan əvvəl, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da "Qaradağ" GES-in tikintisinə 51 mln. dollar məbləğində uzunmüddətli üstün hüquqa malik kredit ayıracağını açıqlamışdı. Hazırda konsepsiya yoxlamasından keçən və yekun yoxlamanı gözləyən kreditin aprelin 27-də təsdiqlənəcəyi gözlənilir.
Ümumi dəyəri 240 mln. dollar göstərilən "Qaradağ" GES-də istehsal ediləcək enerji 110 min mənzili elektrik enerji ilə təmin edə biləcək və ekologiyaya müsbət təsir göstərəcək. Stansiya inşa olunandan sonra 110 mln. kubmetr qaza qənaət olunacaq. Eyni zamanda 200 min ton tullantının qarşısını alınacaq. GES-in 2023-cü ilin payızında istifadəyə verilməsi gözlənilir.
KREDİTİ ONLAYN əldə et – 10 000 AZN-dək, 0% komissiya
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















