Bu sığorta şirkətinin xalis mənfəəti 10 dəfədən çox azalıb
“Atəşgah Sığorta” ASC 2021-ci ili 328 min manat xalis mənfəət ilə başa vurub. Xatırladaq ki, “Atəşgah Sığorta” Şirkəti 2020-ci ili 3 milyon 349 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2020-ci illə müqayisədə 2021-ci ildə “Atəşgah Sığorta”nın xalis mənfəəti 10,2 dəfə azalıb.
Marja.az şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “Atəşgah Sığorta”nın cəmi əməliyyat gəlirləri 25 milyon 340 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 930 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə Şirkətin cəmi əməliyyat gəlirləri 32 milyon 661 min manat, cəmi əməliyyat xərcləri 28 milyon 696 min manat təşkil etmişdi.
2020-ci ildə “Atəşgah Sığorta”nın əməliyyat gəlirlərinin bir hissəsi ehtiyatdan azad olmuş vəsaitin hesabına formalaşmışdı. Belə ki, ehtiyatdan azad olmuş 5 milyon 736 min manat gəlirə əlavə edilmişdi. Ötən il isə gəlirdən sığorta ehtiyatına 1 milyon 602 min manat ayrılıb. Ehtiyatdan vəsaitin gəlirə əlavə edilməməsi, əksinə gəlirdən ehtiyata vəsait ayrılması ilə əlaqədar olaraq ötən il şirkətin cəmi əməliyyat gəlirləri azalıb.
YIĞIMLARI CÜZİ AZALIB
2020-ci ildə "Atəşgah Sığorta"nın hesabladığı sığorta haqları 25 milyon 661 min manat ikən, 2021-ci ildə 25 milyon 55 min manata düşüb.
SIĞORTA ÖDƏNİŞLƏRİ AZALIB
"Atəşgah Sığorta"nın sığorta ödənişləri isə 2020-ci ildə 14 milyon 323 min manat ikən, 2021-ci ildə 10 milyon 546 min manat təşkil edib.
Qeyd edək ki, “Atəşgah” Sığorta şirkəti 20 ildən artıqdır fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















