Ukrayna Prezident Ofisi: "Bizə budapeştsayağı təhlükəsizlik zəmanəti lazım deyil"
“Təbii ki, biz tərəfdaşlarımızın danışıqlar prosesində fəal tərəf kimi qalmaq cəhdini başa düşürük. İsveç və ya Avstriyanın neytrallıq modelləri haqqında sözlər buradan gəlir. Amma Ukrayna indi Rusiya ilə birbaşa müharibə vəziyyətindədir”.
Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak teleqram kanalında yazıb.
“Buna görə də yalnız Ukrayna modeli ola bilər və yalnız təsdiqlənmiş təhlükəsizlik zəmanətləri ilə. Başqa model və ya seçimlər yoxdur. Bunun mənası nədir? Birincisi, mütləq və məhz effektiv təhlükəsizlik zəmanətləri. Protokol və ya budapeştsayağı yox. Bu isə o deməkdir ki, zəmanəti imzalayan dövlətlər Ukraynaya hücum zamanı bu gün olduğu kimi kənarda durmurlar, münaqişədə Ukraynanın tərəfində fəal iştirak edir və rəsmi şəkildə bizə lazımi qədər silah-sursat verirlər. İkincisi, Ukrayna artıq qanadlı raketlərdən səmanı bağlamağa imkan verən və ya imkan verməyən bürokratik prosedurlardan asılı olmaq istəmir. Səmanın mütləq bağlanacağına dair birbaşa və sərt təminatlara ehtiyacımız var”, - Prezident Ofisinin rəsmisi vurğulayıb.
O əlavə edib ki, Ukrayna heç vaxt qonşularına hücum edən və ya etməyi planlaşdıra militarist dövlət olmayıb:
“Buna görə də bu gün Ukrayna aydın şəkildə müəyyən edilmiş təhlükəsizlik zəmanətləri ilə həqiqətən güclü müttəfiqliyə sahib olmaq istəyir”.
Qeyd edək ki, Ukraynanın Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair Memorandum (və ya qısaca Budapeşt Memorandumu) Ukraynanın Nüvə Silahlarının Qarşısının Alınması Müqaviləsinə qoşulması ilə əlaqədar təhlükəsizlik təminatlarına dair dövlətlərarası sənəddir. 1994-cü ildə Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb və hələ də heç bir dövlət tərəfindən ratifikasiya edilməyib.
KREDİTİ ONLAYN əldə et – 20 000 AZN-dək, 13,99%-dən, 0% komissiya
Report
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
7 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























