Azərbaycanda ilk dəfə agent bankçılıq modelinin tətbiqinə start verilib
Ölkədə maliyyə inklüzivliyinin yüksəldilməsi, yaşayış yerindən asılı olmayaraq istənilən ərazidə əhali və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanının artırılması Mərkəzi Bank tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Bankın yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Mərkəzi Bank, “Access Bank” QSC və “Azərpoçt” MMC-nin birgə əməkdaşlığı və İqtisadi Məsələlər üzrə İsveçrə Dövlət Katibliyi SECO ilə tərəfdaşlıqda Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) məsləhət dəstəyi ilə ölkədə agent bankçılıq modelinin tətbiqinə start verilmişdir.
Agent bankçılıq modeli bank məhsul və xidmətlərinin müştərilərə üçüncü tərəf təşkilatlar tərəfindən təqdim edilməsidir. Beynəlxalq təcrübədə xüsusilə bank filial və şöbələrinin sayı aşağı olan ərazilərdə əhalinin bank xidmətlərinə çıxış imkanlarının artırılması üçün agent bankçılıq modelindən geniş istifadə edilir.
Qeyd edilib ki, sözügedən layihənin icrasına Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan “Rayon mərkəzlərindən kənar ərazilərdə əhali və biznesə maliyyə xidmətlərindən istifadə imkanlarının yaradılması məqsədilə müvafiq infrastrukturun genişləndirilməsinin nəzərdən keçirilməsi” tədbiri çərçivəsində Mərkəzi Bankın təşəbbüsü ilə başlanılmışdır. İlkin mərhələdə ölkədə agent bankçılıq modelinin tətbiqi imkanları araşdırılmış və pilot layihə çərçivəsində təqdim ediləcək bank xidmətlərinin əhatə dairəsi müəyyən edilmişdir.
Cari ilin mart ayından etibarən əhali və fərdi sahibkarlara “Azərpoçt” MMC-nin Ağdaş rayonunda yerləşən filialı vasitəsilə “Access Bank” QSC-nin təqdim etdiyi bank xidmətlərindən istifadə imkanı yaradılmışdır. Nəticədə “Azərpoçt” MMC-nin mövcud infrastruktur şəbəkəsindən səmərəli və effektiv istifadə edilməklə əhali və fərdi sahibkarlıq subyektlərinin bank xidmətlərinə çıxışı imkanları genişləndiriləcəkdir.
Hazırda agent bankçılıq modelinin tətbiqi istiqamətində işlər davam etdirilir. Növbəti mərhələdə digər bankların da layihəyə cəlb edilməsi və bank xidmətlərinə çıxış imkanlarının aşağı olduğu bütün ərazilərdə “Azərpoçt” MMC-nin geniş filial şəbəkəsindən istifadə edilməklə agent bankçılıq modelinin tətbiqi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
15 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 19 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























