Ukrayna Rusiya müharibəsinin Azərbaycana təsirləri və yaratdığı yeni imkanlar
Uzun müddətdir ki, dünyanın siyası arenasında baş verən yenilənmələrin fonunda yeni qlobal və regional güc mərkəzlərinin, xüsusilə də iqtisadi güc mərkəzlərinin ortaya çıxması, indiyədək mövcud olan hegoman ölkələrin bu dəyişikliklərdə hazırkı statusunu qorumağa çalışması bir sıra lokal münaqişələri istisna etməklə tərəflər arasında siyasi və bəzən isə iqtisadi müstəvidə mübarizə şəklində davam edirdi.
Lakin, bu iqtisadi və siyasi müstəvidə davam edən mübarizə ilə yanaşı təbii olaraq tərəflər hərbi müstəvidə də hazırlıqlarını görürdülər. Belə ki, Aİ-nın və NATO-nun dünyanın siyasi xəritəsində arealını genişləndirmə cəhdləri, bu cəhdlərə qarşı addımlar atan Rusiyanın daha da aqresivləşməsi qərblə Rusiyanın mübarizəsini siyasi müstəvidə dalana saladı. Nəticədə isə tərəflər bu mübarizəni masada yox Ukrayna ərazisində aparmaq qərarına gəlməklə, mürrəkəbi qanla əvəz etdi.
Ümumilkdə mübarizənin tərəflərinə nəzər yetirdikdə isə hər iki tərəfin dünya iqtisadiyyatında çəkisinin kifayət qədər böyük olduğunun, bununla yanaşı rəqib olmalarına baxmayaraq qloballaşmanın nəticəsi olaraq bir-birlərindən asılı olduğunun şahidi oluruq. Tərəflərə ayrı-ayrlıqda qısa olaraq nəzər yetirdikdə isə hər kəsə məlum olduğu kimi bu gün texnoloji tərəqqinin, yeniliyin əsas aparacı qüvvəsi qərb ölkələridir. Bu texnoloji tərəqqinin, yeniliklərin nəticəsi olaraq, beynəlxalq iqtisadi, siyasi, hərbi və humanitar təşkilatların, dünya ölkələri arasında aparılan iqtisadi əməliyyatların aparıcı qüvvəsi olan, hətta təyyarələrin və gəmilərin hərəkətlərinin qeydiyyatını aparan qabaqcıl şirkətlər qərbdə yerləşir. Rusiya isə əhalisinin və ərazinin böyüklüyünün verdiyi üstünlük səbəbindən hər kəsin maraqla qarşıladığı böyük bazarla olmaqla yanaşı, xammal ehtiyatları ilə də kifayət qədər zəngindir.
Bütün bunları nəzərə aldıqda, artıq bizə aydındır ki, Ukrayna Rusiya müharibəsi yalnız tərəflərə təsir etməklə kifayətlənməyib, yan təsirlər törətməklə bu ölkələrlə ticarət dövriyyəsinin həcmi böyük və ya qonşu olan ölkələrə də sirayət edəckdir.
Nəzərə alsaq ki, sadəcə pandemiyanın Rusiya əhalisinin cibinə olan təsirlərinin azaldılması məqsədi ilə iri taxıl istehsalçılarından olan Rusiyanın yaxın zamanda ölkədən ixrac edilən taxıla tətbiq etdiyi məhdudiyyətlər təbii olaraq Türkiyə də daxil olmaqla bir sıra ölkərlərdə çətinliklərin yaşanmasına, əlavə xərcin yaranmasına səbəb olmuşdur.
Azərbaycanın da Rusiya ilə qonşu olduğunu, ticarət dövriyyəsinin həcmində Rusiyanın xüsusi yer tutduğunu, pul axını həyata keçirilən əsas ölkələrdən biri olduğunu, böyük insan kütləsinin Rusiyada çalışdığını nəzərə alaraq Ukrayna Rusiya müharibəsinin uzun müddət dəvam edəcəyi təqdirdə ölkə iqtisadiyyatına, o cümlədən mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektlərinə təsirsiz ötüşməyəcəyi qənaətinə gəlmək olar.
Sizi yormadan, rəqəmlərə toxunmadan məsələni sadə və anlaşılan dillə izah etsək qərbin Rusiyaya tətbiq etdiyi saksiyalar nəticəsində rubl xarici valyuta qarşısında kəskin dəyər itirmişdir. Bunun nəticəsi olaraq rusiya vətəndaşlarının da gəlirlərləri azalmış, alıcılıq qabiliyyəti aşağı düşmüşdür. Məlum olduğu kimi Azərbaycandan Rusiyaya kifayət qədər böyük həcmdə kənd təsərrüfatı məhsulları ixrac edilməkdədir. Rublun dəyər itirməsi ilkin dövrdə Rusiya əhalisinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və Rusiyanın öz məhsullarını ixrac edə bilməməsi səbəbi ilə Azərbacaycandan Rusiyaya ixracın həcminin azalmasına səbəb ola bilər. Satışların zəifləməsi səbəbi ilə gəlirləri azalan KOB subyektləri, əlavə olaraq gəlirlərini rubuldan milli valyutaya çevirdikdə əvvəlki dövrə nisbətdə daha az gəlir əldə edəcəkdir. Bununla yanaşı, Rusiyanın xarici pul əməliyyatlarına tətbiq edilən məhdudiyyətlər səbəbi ilə KOB subyektlərinin Rusiya və Azərbaycan arasında pul köçürmələrində də maneələrin yaşanmasını, qara bazarda isə canlanmanın artmasını ehtimal etmək olar.
Yaşaması ehtimla olunan çətinliklər səbəbi ilə zəncir vari olaraq ixracatçıların gəlirlərinin azalması onlarla qarşılıqlı ticarət fəaliyyətini həyata keçirən digər yerli KOB subyektlərinin də (işçi qüvvəsi, qablaşdırma, logistika və digər sahələrdə fəaliyyət göstərən) müəyyən qədər gəlirlərinin azalması, fəaliyyətlərinin zəifləməsi ilə nəticələnə bilər.
Məsələyə başqa aspektdən baxdıqda KOB subyektləri üçün ucuz işçi qüvvəsinin yaranma ehtimalı ortaya çıxır. Buna səbəb isə yuxarıda sadalanan ehtimallar, o cümlədən Rusiyada xarici şirkətlərin fəaliyyətini dayandırması nəticəsində xeyli insan, o cümlədən azərbaycanlılar işsiz qala bilər. Gələcəkdə gəlirləri azalan insanlar Rusiyada fəaliyyətlərinin səmərəsiz olduğuna inanar, belə olan halda isə kütləvi şəkildə ölkəyə geri dönmə halları yaşana bilər. Nəricədə ölkdə əmək bazarında təklif artdıqda əmək haqlarında azalmalar, işsiz insanların və kriminagen hadisələrin sayında artımlar müşahidə oluna bilər. Belə olan halda ucuz işçi qüvvəsini işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidən qurma işlərinə cəlb etməklə balanslaşdırmaq olar.
Həmçinin, ilkin dövr üçün ixracın azlanması səbəbi ilə yerli bazarda bir sıra məhsulların qiymətində azalmalar da ola bilər.
Ukrayna Rusiya müharibəsinin yaşada biləcəyi fəsadlarla yanaşı yeni imkanlar da ortaya çıxacadır. Belə ki, əsas istehsalçı ölkələrdən olan Çindən Avropaya qədər uzanan Şərq Qərb Nəqliyyat Dəhlizinin Rusiyadan keçən hissəsinin fəaliyyətinin dayanması tranzit yükdaşımaların Azərbaycan vasitəsi ilə həyata keçirilməsinə səbəb ola bilər. O cümlədən, Rusiya üçün Avropa hava məkanı bağlandığından Rusiya investorları (bərpa olunmadığı halda) Avropaya ən yaxın məkanda yerləşən və qonşusu olan Cənubi Qafqaz ölkələri vasitəsi ilə Avropaya çıxmağa çalışa bilər. Bu ehtimalı nəzərə alaraq, yerli kargo və logistika şirkətlərinin indidən hazırlıq görməsi məqsədəuyğun olar.
Tətbiq edilən sanksiyalar nəticəsində qərbə çıxışı çətinləşən Rusiya investorları diqqətlərini Cənubi Qafqaz, Orta Asiya ölkələrinə yönəldə bilər. İnvestisiya qoyuluşu ilə yanaşı, qərbdə müəyyən çətinliklərlə qarşılaşmamaq üçün Rusiya investorları şirkətlərini post sovet ölkələrində təsis edə bilərlər.
Müharibənin səngiməsi və ya sonlanması halında isə Rusiyada qərb şirkətlərinin fəaliyyətini dayandırması, baş vermiş çalxalanmaların nəticəsində Rusiya bazarda boşluq yaranacdır. Bu boşluğu isə yerli sahibkarlar fürsətə çevirib yeni imkanlar əldə edə bilər.
Rusiya ilə yanaş Ukraynda da imakanlar yaranacadır. Ttiktinti və tikinti məhsulları istehsalçısı olan yerli şirkətlər ilk növbədə Qarabağın bərpa olunmasında iştirak etməklə, Ukraynda həyata keçiriləcək yenidən qurma və abadlaşma işlərində iştirak edə bilərlər.
Müəllif: Rauf Tağıyev
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
5 saat sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
11 saat əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 gün əvvəl
-
1 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Bəzi yerlərdə intensiv yağış yağacaq, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
-
1 gün əvvəl
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş
"Bu gün İtaliyadakı investisiyalarımızın ümumi dəyəri 3 milyard ABŞ dolları təşkil edir"
TuranBank-ın Sədri İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında spiker qismində çıxış edib
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO






















