Bu pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək
Bu məqsədlə dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq.![Bu pensiyaçılara hər ay pensiyalarının 10 faizi məbləğində maddi yardım veriləcək](/storage/thumbnail/cover/cdn/2021/Noyabr/05/pensiya.jpg)
"Prezident İlham Əliyevin yeni Sərəncamı əmək pensiyasına qulluq stajına görəəlavələr alan pensiyaçılara (hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları, dövlət qulluqçuları və b.) xüsusi qayğının növbəti təzahürü olmaqla onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində daha bir addımdır.
Sərəncamla Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görəəlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq pensiya məbləğlərinin (qulluq stajına görəəlavələr də nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardım ödəyəcək".
Marja xəbər verir ki, bu barədə Sərəncamla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, maddi yardım 2022-ci ilin 1 yanvarından hesablanmaqla hər ay onların pensiyasının məbləği ilə birgə ödənəcək. Yanvar və fevral ayları üzrə maddi yardımlar onlara mart ayının pensiyası ilə birgə veriləcək.
Qeyd olunan maddi yardım vəfat etmiş hərbi və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, məhkəmə hakimlərinin və s. qulluq stajına gorəəlavə almaq hüququ olmuş şəxslərin ailə başçısını itirməyə görə pensiya alan ailə üzvlərinə də şamil edilir.
Sərəncama əsasən, Nazirlər Kabineti qeyd olunan maddi yardımın 2023-cü il yanvarın 1-dən həmin pensiyaçıların pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
Qulluq stajına görəəlavələr alan pensiyaçılara bu il üzrə pensiyalarının 10 faizi məbləğində maddi yardım verilməsi üçün dövlət büdcəsindən illik 86 milyon manat əlavə vəsait ayrılacaq. Bu maddi yardım müvafiq kateqoriyadan olan 100 min pensiyaçını əhatə edir.
Sərəncam bu ilin əvvəlindən ölkədə reallaşdırılan yeni sosial islahatların davamı olmaqla pensiyaların artırılmasında daha bir irəliləyişi təmin edir.
Cari ilin əvvəlindən sosial ödənişlər növbəti dəfə artırılmaqla, minimum pensiya da 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb. Habelə pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılıb və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılıb.
Ümumilikdə 2022-ci il üzrəəmək haqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhatə edir. Bu artımlar üçün ayrılan illik əlavə vəsait 2,1 mlrd. manat təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
13 saat əvvəl
Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi
-
14 saat əvvəl
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Milli Depozit Mərkəzi investorlara qiymətli kağızlar üzrə ödənişlərin məbləğlərini açıqladı
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb
-
15 saat əvvəl
Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb
-
15 saat əvvəl
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə yeni sözçü təyin edilib
-
15 saat əvvəl
Su israfını minimuma endirir, avadanlıqların ömrünü uzadır - NALCO Water
-
16 saat əvvəl
Kapital Bank-ın dəstəyi ilə keçirilən “My Technology” müsabiqəsi başa çatıb
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/rabitəbank-lənkəran.jpg)
Rabitəbank yeni konseptli Lənkəran filialının açılışını etdi
![SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/şuşa-qala-restoran.jpg)
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
![UForex müştəriləri ötən rüb xalis 1 milyon dollar qazanıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/uforeks-uforex.jpg)
UForex müştəriləri ötən rüb xalis 1 milyon dollar qazanıb
![Sabahın rəsmi məzənnəsi müəyyən olunub](/storage/thumbnail/thumbnail/cdn/2023/noyabr/29/dollar-zencir.jpg)
Sabahın rəsmi məzənnəsi müəyyən olunub
![Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/yukdasima-avia.jpg)
Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb
![Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/cin-yuk-avtomobil.jpg)
Çinin yük avtomobilləri Orta Dəhliz vasitəsilə daşımalara başlayıb - 26 TIR Bakıya yola salınıb
Ən çox oxunanlar
![Çinin BYD şirkəti Cənub-Şərqi Asiyada ilk elektromobil zavodunu açıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/byd.jpg)
Çinin BYD şirkəti Cənub-Şərqi Asiyada ilk elektromobil zavodunu açıb
![Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/sadir-japarov.jpg)
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək
![Mərkəzi Bank "m10" brendinin sahibinə lisenziya təqdim etdi](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/pashapay-m10.jpg)
Mərkəzi Bank "m10" brendinin sahibinə lisenziya təqdim etdi
![Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/dollar.jpg)
Neft Fondunun Azəri-Çıraq-Günəşli və Şahdəniz üzrə gəlirləri azalıb
![Sabah 37 dərəcə isti olacaq - PROQNOZ](/storage/thumbnail/thumbnail/cdn/2021/İyul/24/isti-2.jpg)
Sabah 37 dərəcə isti olacaq - PROQNOZ
![Dəmir-beton şirkətinə yeni sədr seçilir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyul/04/direktor.jpg)