“Baku Steel Company” regionda bənzəri olmayan layihəni reallaşdırdı - FOTO, VİDEO
“Baku Steel Company”nin bu layihəsi iqtisadi inkişaf üçün geniş imkanlar açdı(®) Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC Azərbaycan iqtisadiyyatına töhfələr vermək üçün istehsalatda innovasiya və müasir texnologiyaların tətbiqini davam etdirir. Yenilənən “Baku Steel Company” bu dəfə regionda bənzəri olmayan layihə həyata keçirib.
Burada quraşdırılan 10,25 m radiuslu yeni nəsil fasiləsiz pəstahtökmə maşınında (FPTM) qısa müddətə, az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etmək mümkündür. Yeni istehsal xəttində artıq poladın markasından asılı olaraq standart ölçülü və ya sifarişə uyğun - 6, 9, 12 m uzunluğunda, 125-125 mm və 150-150 mm enində kvadrat pəstahlar, həmçinin 130 mm-dən 250 mm-dək diametrli dairəvi pəstahlar tökmək olur. Prosesin davamı olaraq vakuumator qurğusu quraşdırılandan sonra poladın tərkibi qeyri-metallik birləşmələrdən təmizlənərək burada tikinti ilə yanaşı maşınqayırma, hərbi-müdafiə sənayesi, aviasiya və s. sahələr üçün daha keyfiyyətli polad istehsal etmək mümkün olacaq. Zavodda böyük sıxlığa malik dairəvi pəstahların tökülməsi xüsusən neftçıxarma sənayesində istifadə edilən, yüksək dərinlik təzyiqinə davamlı boruların istehsalına da imkan yaradacaq.
Ümumiyyətlə, yeni FPTM-in istifadəyə verilməsi həm istehsalın həcminə, həm yenilənən şirkətin gəlirlərinə, həm də işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına müsbət təsir edəcək. Yeni maşında poladın dispersliyini artırmaq, daha kiçik kristal dənələrə sahib olmaq və yüksək keyfiyyət əldə etmək məqsədilə dairəvi pəstahlar üçün nəzərdə tutulmuş kristallaşdırıcılarda elektromaqnit qarışdırıcılar quraşdırılıb. Bu, maye metalın mis qəliblərə tökülməsi zamanı poladın daha dispers struktur almasına imkanı yaradır və yüksək keyfiyyəti təmin edir.
Əlavə edək ki, bu günədək 130 mm-lik dairəvi pəstahdan Sumqayıtdakı 3-cü istehsal sahəmizdə yalnız 114 mm diametrli tikişsiz boru istehsal edilirdisə, yeni FPTM artıq 219 mm-dək diametrli boruların bütün çeşidlərinin istehsalına imkan verəcək ki, bu da istehsal həcminin 3 dəfəyə yaxın artması deməkdir. Bununla şirkətin ümumi ixrac potensialı da artacaq. Belə ki, hazırda BSC aylıq 2 min ton boru ixrac edirsə, yeni FPTM-in gücündən istifadə olunmaqla bu həcmi orta hesabla 7-9 min tona çatdırmaq olacaq.
Qeyd edək ki, BSC hazırda bir ədəd 60 tonluq və bir ədəd 30 tonluq elektrik qövs sobasından ibarət 2 əritmə sexinə, 3 çeşidli yayma xəttinə, bir ədəd tikişsiz boru istehsal edən yayma xəttinə, bir ədəd spiralvari tikişli boru istehsal edən yayma xəttinə, bir ədəd fasonlu tökmə istehsal edən mini zavoda və bir oksigen zavoduna sahibdir.
“Baku Steel Company” yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, kvadrat və dairəvi çubuqlar, tikişsiz və spiralvari tikişli borular, habelə çeşidli fasonlu tökmələr istehsal edir. Burada həmçinin şveller, künclüklər, ikitavrlar da buraxmaq mümkündür.
Xatırladaq ki, BSC-nin məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkmənistan, İspaniya, İtaliya və s. ölkələrə ixrac olunub.
“Baku Steel Company” – iqtisadi inkişafın polad özülü!
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
2 d. əvvəl
Azərbaycana gələn turistlərin xərcləri 281 milyon manata yaxın azalıb
-
8 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
17 d. əvvəl
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
- 20 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
-
1 saat əvvəl
Qara Dəniz Ticarət və İnkişaf Bankı Unibanka 7 milyon dollarıq kredit xətti ayırıb
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
ABB-nin süni intellekt təcrübəsi Dünya İqtisadi Forumunun hesabatında nümunə göstərilib
ABŞ-da iş yerlərinin yaradılması kəskin şəkildə yavaşlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
BTC üzrə operatorluq SOCAR-a təhvil verildi
“Azərxalça”da 25 milyon manata yaxın zərər yığılıb - Şirkət yenə zərərdən çıxa bilməyib
Bakı Fond Birjasında böyük zərər: gəlir artıb, nəticə pisləşib
Azərbaycana Avropadan turist axını 8 % artıb
Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır
Volkswagen xərclərin azaldılması üzrə tarixi planı ilə bağlı qarşıdurmalara hazırlaşır - 100 MİNLİK İXTİSAR






















