ABŞ, Çinin yeni sanksiyalardan sonra Rusiyaya kömək etməyəcəyini gözləyir
Pekin həqiqətən də Moskvaya kömək etmək qərarına gəlsə, onun reputasiyası ciddi şəkildə zədələnəcək.
Bunu Amerika rəsmisi bildirib.
Marja "Reuters"ə istinadən xəbər verir ki, ABŞ administrasiyasının rəsmisi bildirib ki, bütün əlamətlər Çinin yeni sanksiyaların tətbiqindən sonra Rusiyaya kömək etməyəcəyini göstərir.
Rəsminin sözlərinə görə, Pekin köməyə gəlmək qərarına gəlsə, Çinin reputasiyası ciddi şəkildə zədələnəcək.
Hələ Rusiyanın Ukraynada hərbi əməliyyatı başlamazdan əvvəl Amerika hakimiyyəti dəfələrlə bəyan edib ki, Çin Moskvanın mümkün sanksiyalardan itkilərini eskalasiya halında kompensasiya edə bilməyəcək.
Şənbə günü Avropa İttifaqı, ABŞ və Kanada Rusiyaya qarşı yeni sanksiyalarla bağlı razılığa gəliblər. Onlar Rusiya banklarının bir hissəsini SWIFT-dən çıxartmaqdan, Rusiya Mərkəzi Bankın “aktivlərini iflic etməkdən”, o cümlədən Rusiya elitasının nümayəndələrinin və onların ailə üzvlərinin aktivlərinin dondurulmasından ibarətdir.
Amerika rəsmisi daha sonra bildirib ki, indi Rusiyanın bank sisteminin çöküşünü gözləyir, ölkə “iqtisadi və maliyyə pariyasına” çevriləcək.
Həmçinin oxu
Rusiya beynəlxalq maliyyə sistemindən qovulurMüştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub


























