Putin Əliyevə zəng etdi
Putin Əliyevlə telefonla Ukraynadakı hərbi əməliyyatı müzakirə edib.Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında telefon danışığı zamanı digər mövzularla yanaşı, Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı ilə bağlı vəziyyətin inkişafı müzakirə olunub.
Marja.az xəbər verir ki, bu barədə şənbə günü liderlər arasında baş tutan söhbətdən sonra Kremlin mətbuat xidməti məlumat yayıb.
“Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyatla bağlı vəziyyətin inkişafı müzakirə edilib”, - məlumatda deyilir.
Bundan əlavə, Putin və Əliyev telefon danışığında ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, şənbə günü Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan və Türkiyə liderlərinin Rusiya ilə danışıqlar aparmağı təklif etdiyini bildirib.
Xəbər verdiyimiz kimi, bugün Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Telefon danışığı zamanı Ermənistan, Azərbaycan və Rusiya liderlərinin Qarabağa dair 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri, o cümlədən Azərbaycan-Ermənistan sərhəddində təhlükəsizlik məsələləri müzakirə edilib.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 9 d. əvvəl
-
- 16 d. əvvəl
- 45 d. əvvəl
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyə ən çox xam neft və neft məhsullarını Rusiya, İraq və Qazaxıstandan alıb
-
1 saat əvvəl
Beynəlxalq Halal Forumda “Azərbaycan pavilyonu” böyük maraqla qarşılanıb
-
2 saat əvvəl
"Əminəm ki, biz, həmçinin Azərbaycana çox məhsullar təqdim edə bilərik"
-
12 saat əvvəl
YouTube-un illik gəliri 60 milyard dolları keçib: Ən çox qazanan yutuber kim olub?
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaponya iqtisadiyyatı cüzi artıb
Anthropic-in dəyəri 380 milyard dollara çatıb
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
























