5 saniyə ərzində abunəçilərə cavab verilib
"Nar" Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i xidmət səviyyəsini yüksək qiymətləndirib.(®) Müştəriyönümlü strategiyasına sadiq qalan "Nar" ötən il ərzində müxtəlif kanallar üzərindən abunəçilərinə üstün müştəri xidmətləri göstərib.
2021-ci ildə 777 Çağrı Mərkəzinə 2,3 milyondan çox sorğu daxil olub və orta hesabla, 5 saniyə ərzində abunəçilərə cavab verilib. Abunəçi sorğularının ilk zəngdən həllini tapması üzrə “Nar” Çağrı Mərkəzi 94%-lik çox yüksək göstəriciyə nail olub. Çağrı Mərkəzinə zəng etmiş abunəçilərin 88%-i göstərilən xidmət səviyyəsini yüksək qiymətləndirib.
Müştəri məmnuniyyətininin artırılması məqsədi ilə mobil operator bütün ölkə boyu eksklüziv diler və xidmət mərkəzlərini yeni konseptdə təqdim etməkdədir. Mobil operator artıq 26 mağazasını tamamilə yeni konseptə uyğunlaşdırmaqla, ziyarətçilərin müasir üslubda məlumat və xidmət almasını təmin edir. Şəxsin birbaşa iştirakının tələb olunduğu əməliyyatlar üçün yenilənmiş xidmət mərkəzlərində ötən il 150 mindən çox abunəçiyə xidmət göstərilib.
Müştəri xidmətlərini daha da əlverişli etmək üçün, Nar, ənənəvi müştəri xidməti vasitələrilə yanaşı, abunəçilərinə rəqəmsal platformalar üzərindən göstərilən müştəri xidmətlərini də təkmilləşdirir. Yeniləmələr sayəsində hesab üzərində əməliyyatları daha da asanlaşdıran “Nar+” tətbiqinə ziyarət sayı ötən illə müqayisədə 75% artıb. Qeyd edək ki, sosial mediada da aktiv olan mobil operator, rəsmi “Facebook”, “İnstagram” və "Twitter" səhifələri üzərindən abunəçilərinin sorğularını da cavablandırır. Ötən ilin göstəricilərinə əsasən təxminən 160 min Nar abunəçisinin sorğusu məhz sosial media səhifələri üzərindən həll edilib.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 38 d. əvvəl
-
43 d. əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)







.jpg)







