Rubl 3 faizdən çox ucuzlaşıb - DOLLAR 80 RUBLA YAXINLAŞIB
Moskva birjasında dolların məzənnəsi 79,99 rubla, avro isə 90,24 rubla qədər bahalaşıb.
Moskva birjasında hərracların açılışında dolların rubla nisbətdə məzənnəsi əvvəlki hərracların bağlanış səviyyəsi ilə müqayisədə 21 qəpik də artıb və 79,99 rubl təşkil edib.
Marja xəbər verir ki, Avro da 8,25 qəpik bahalaşıb və 90.235 rubl təşkil edib.
Dünən axşamdan ötən dövrdə Rublun dollar və avroya nisbətdə ucuzlaşması 3%-i keçib.
Gərginlik daha da artarsa, dolların 82-86 rubl bölgəsinə yüksələcəyi gözlənilir. Rusiyanın iştirakı ilə Ukraynada müharibə ssenarisinə görə, rublun məzənnəsi daha 15-20% zəifləyə bilər.
Rublun ucuzlaşması Rusiya Prezidenti Vladimir Putinin Ukraynada gərginliyi artıran qərarlarıdır.
Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Putin, Dövlət Dumasının Donbasda separatçıların qondarma hakimiyyətinin tanınması ilə bağlı çağırışına cavab vermək üçün təhlükəsizlik şurasının iclasından qısa müddət sonra televiziya ilə ictimaiyyətə müraciət edib. Putin çıxışında, Kiyev administrasiyasının Donbasda hərbi qərardan başqa heç bir qərarı tanımadığını qeyd edərək, “Bu kontekstdə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın "müstəqilliyini" tanımaq üçün çox gec də olsa bir qərar qəbul etməyi zəruri hesab edirəm" , - deyib.
Putin çıxışından sonra Kreml sarayında qondarma "Donetsk Xalq Respublikasının" və qondarma "Luqansk Xalq Respublikasının" müstəqilliyinin tanınması haqqında fərmanı imzalayıb. İmzalanma mərasimində adıçəkilən "respublikaların" nümayəndələri də iştirak ediblər.
Mərasimdə Rusiya ilə qondarma separatçıların hökumətləri arasında “dostluq” və “əməkdaşlıq” müqavilələri imzalanıb.
Fevralın 15-də Rusiya parlamentinin aşağı palatası Dövlət Duması Rusiya prezidenti Vladimir Putini Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən yaradılmış qondarma administrasiyaları tanımağa çağıran qətnamə qəbul edib və qərarı Kremlə göndərib.
2014-cü ildə Ukraynanın şərqində Kiyev administrasiyasına baxmayaraq, rusiyayönlü separatçılar Ukrayna ərazisində "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" adlı iki qondarma hökumət yaradıblar.
Putin rus qoşunlarının Donetsk və Luqanska göndərilməsi barədə göstəriş verib
Rusiya prezidenti Vladimir Putin rus qoşunlarının "Donetsk və Luqansk Xalq Respublikaları" ərazisinə göndərilməsi barədə göstəriş verib.
Bu barədə Putinin çərşənbə axşamı imzaladığı “Donetsk Xalq Respublikası” (DXR) və “Luqansk Xalq Respublikası”nın (LXR) "müstəqilliyininin" tanınması haqqında fərmanlarda deyilir. Sənədlərin mətnləri hüquqi informasiya saytında yerləşdirilib.
Sənədlərə əsasən, Müdafiə Nazirliyinə Rusiya Federasiyası silahlı qüvvələrinin köməyi ilə Donetsk və Luqanskda “sülhməramlı funksiyaların həyata keçirilməsini təmin etmək” tapşırılıb.
"Qərar "DXR" və "LXR" rəhbərləri Denis Puşilin və Leonid Paseçnikin müraciətləri ilə əlaqədar qəbul edilib", - fərmanlarda deyilir.
Xarici İşlər Nazirliyinə respublikalarla diplomatik əlaqələr qurmaq tapşırılıb.
Rusiyanın "DXR" və "LXR" ilə müqavilələri bir-birinin ərazisində hərbi infrastrukturdan və hərbi bazalardan istifadə etmək hüququ verir, Donbass sərhədlərinin birgə mühafizəsini nəzərdə tutur.
Həmçinin Putin "DXR" və "LXR" ilə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalayıb və Federal Məclisdən onları dərhal ratifikasiya etməyi xahiş edib.
"Çərşənbə axşamı saat 9:00-da Dövlət Dumasının MDB və beynəlxalq məsələlər üzrə komitələrinin birgə iclası keçiriləcək, saat 12:00-da isə sənədlər ratifikasiyaya təqdim olunacaq", - Duma komitəsinin rəhbəri Leonid Slutski bildirib.
Zelenski: Qəbul edilmiş qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma separatçı respublikaları tanımaq qərarı ilə bağlı sosial mediadan xalqa müraciət edib.
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın qondarma separatçı hökumətləri tanımaq barədə qərarı ilə bağlı "Qəbul edilən qərarların nəticələrinə görə bütün məsuliyyət Rusiyanın üzərinə düşür" deyib.
Zelenski, Rusiyanın son hərəkətlərinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünün pozulması olduğunu qeyd edib.
Separatçıların tanınmasının Minsk razılaşmalarından birtərəfli qaydada çıxmaq və Normandiya formatında qəbul edilən qərarlara məhəl qoymamaq olduğunu qeyd edən Zelenski bu qərarın sülh səylərinə zərbə vurduğunu bildirib.
Bu gün və sabah veriləcək mümkün qərarlarla Rusiyanın 2014-cü ildən bəri Donbasdakı hərbi varlığını qanuniləşdirəcəyini qeyd edən Zelenski, Normandiya dördlüyü sammiti üçün təcili çağırış etdiklərini bildirib.
Zelenski tərəfdaşlarından aydın və təsirli addımlar gözlədiklərini qeyd edib.
Sərhədlərinin yaxşı qorunduğunu xatırladan Zelenski onların öz ərazilərində olduqlarını və heç nədən qorxmadıqlarını bildirib.
Zelenski qeyd edib ki, onun ölkəsi siyasi-diplomatik həllə sadiqdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 saat əvvəl
Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR
-
1 saat əvvəl
Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Azərbaycanda 2027-ci ilədək 8 günəş və külək stansiyaların istismara verilməsi planlaşdırılır
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərbaycan Dəmir Yolları” işçilərin ixtisarı ilə bağlı xəbərlərə aydınlıq gətirdi
-
2 saat əvvəl
AccessBank-dan “Sərbəst depozit”: Yüksək gəlir və tam sərbəstlik!
-
3 saat əvvəl
“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib
-
3 saat əvvəl
"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
- 3 saat əvvəl
Son Xəbərlər

Qatar ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə sərnişin daşımalarına başlanılır - QİYMƏTLƏR

Sabahdan Bakı-Ağdam müntəzəm avtobus reysi işə düşəcək - Gediş haqqı qiyməti məlum oldu

Supermarket şəbəkəsi "Xalqlar"da daha bir filialını açır

Sentyabrın 26-da gözlənilən hava şəraiti

“Eurolux” mağazalar şəbəkəsinin rəhbəri dələduzluqla üzləşib

"Sahil" metrostansiyasının yaxınlığında yeni stansiya inşa ediləcək
Ən çox oxunanlar

"Port Baku"nun yanında metro stansiyası olacaq

Qlobal bazarlarda son vəziyyət - GÜNƏ BAXIŞ

Azərbaycan neftinin son qiyməti

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi qismən İT sistemlərini “Hökumət buludu”na köçürüb

Avropa Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu dəyişdi - İQTİSADİ ARTIM YAVAŞLAYACAQ

Bakı metrosunun Müşahidə Şurasının üzvlərinin sayı artırılıb
