Azərbaycan bankı 2 dəqiqə ərzində kredit ayırır, müştəri rəsmiləşdirmə və pulu götürmək üçün banka getmir
"Müştərilərə tam onlayn kreditin verilməsini təqdim edən ilk yerli bankıq"Yelo Bank təcili pula ehtiyac duyan hər kəsə tam onlayn kredit təklif edir. Bunun üçün Yelo Bank müştərisi olmaq da tələb olunmur. İstənilən şəxs yalnız Yelo App mobil tətbiqini yükləyərək tam onlayn kredit ala bilər.
Marja xəbər verir ki, Yelo App tətbiqi ilə sifariş edilmiş kreditin rəsmiləşdirilməsi avtomatlaşdırılmış skorinq xidməti sayəsində insan faktoru olmadan tam onlayn icra olunur. Bu da qərar vermə prosesini alışdığımızdan daha çevik, 2 dəqiqə ərzində etməyə imkan yaradır. Müştəri, hətta vəsaiti götürmək üçün belə banka gəlmir. Təsdiqlənmiş kredit vəsaiti Yelo kart varsa, kartın balansına yüklənir. Yelo kartı olmayanlara isə kredit vəsaiti kart şəklində ünvana tamamilə pulsuz çatdırılır. Çatdırılma zamanı üzərinizdə yalnız şəxsiyyət vəsiqənizin olmağı kifayətdir. Əlavə heç bir sənəd tələb olunmur.
Kreditin xüsusiyyətlərinə gəlincə isə, onlayn kredit zaminsizdir və illik 13%-lə təklif olunur. 20000 AZN-dək kredit üzrə maksimal müddət 48 aydır.
"Yelo Bank" ASC-nin İdarə Heyəti sədrinin müavini Günay Cəlilova Yelo App tətbiqi barədə danışarkən bildirib:
“Tətbiqimizdə tam onlayn kredit əldə etmək xidməti də istifadəyə verilib. Bu xidmətdə müraciət və rəsmiləşdirmə proseslərinin hamısı onlayndır və hətta kredit vəsaitini götürmək üçün də müştərinin banka gəlməyinə ehtiyac qalmır, vəsaiti kart vasitəsilə ünvana pulsuz çatdırırıq. Ən əsası bu xidmət təkcə cari müştərilərimiz üçün yox, hər kəs üçündür. Xüsusilə qeyd etmək istərdim ki, yeni müştərilərə bu formada tam onlayn kreditin verilməsini təqdim edən ilk yerli bankıq. Bu xidməti daha da təkmilləşdirərək, fiziki şəxslər üçün tam avtomatlaşdırılmış skorinq funksionallığını da istifadəyə vermişik. Onun sayəsində kredit müraciəti insan faktoru olmadan nəzərdən keçirilərək qərar verilir. Bu funksionallığın digər üstünlüyü isə kreditləşmə prosesinin çox az vaxt aparmasıdır. Müştərilər artıq bank növbələrində, uzun sənədləşmə proseslərində vaxt itirmir. Həm cari, həm də yeni müştərilərimizin pozitiv geridönüşlərindən buna bir daha əmin olmuşuq. Çünki biz istənilən innovativ yeniliyimizi müştərinin tələb və ehtiyaclarını dərindən anlayaraq yaradırıq.
Fərdi müştərilərimizə təklif olunan digər məhsul və xidmətlərin də Yelo App tətbiqi üzərindən təqdim olunması üzərində işlər sürətlə davam edir. Qarşıdakı yeniliklərimiz isə dövrün tələblərinə əsasən nağdsız ödənişlərin təşviqinə istiqamətlənib və artıq müştərilərimizin fiziki olaraq kart daşımasına ehtiyac qalmayacaq”.
Qeyd edək ki, Yelo mobil tətbiqini yüklənmə sayı artıq 280 mini keçib və artım sürətli templə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 28 d. əvvəl
-
35 d. əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
1 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
-
2 saat əvvəl
Əməkdaşlığın inkişafı üçün Azərbaycan-Niderland Ticarət Palatası təsis edilib
- 3 saat əvvəl
-
4 saat əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Ən çox oxunanlar
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib



















.jpg)







