Ukrayna prezidenti ölkəni tərk etmiş dövlət qulluqçularına və deputatlara müraciət etdi
İndi sizi 24 saat ərzində Vətənə qayıtUkrayna Prezidenti Volodimir Zelenski ölkəni tərk edən və ya getməyi planlaşdıran bütün dövlət qulluqçularına müraciət edərək, onları 24 saat ərzində geri qayıtmağa çağırıb, çünki xalq onlara “ölkəni idarə etməyi və onu qorumağı” əmanət edib.
Bu barədə xarici mətbuat xəbər verir.
"Mən ölkəni tərk etmiş və ya yaxın gələcəkdə bunu etməyi planlaşdıran bütün dövlət nümayəndələrinə, dövlət qulluqçularına, bütün səviyyələrdə olan xalq deputatlarına müraciət edirəm: Ukrayna xalqı sizə təkcə dövləti idarə etməyi deyil, həm də onu qorumağı etibar edib, belə bir vəziyyətdə "bizimlə, Ukrayna xalqı ilə birlikdə olmaq sizin birbaşa borcunuzdur. İndi sizi 24 saat ərzində Vətənə qayıtmağa və Ukrayna ordusu ilə, diplomatiyamızla, xalqımızla birlikdə çiyin-çiyinə dayanmağa dəvət edirəm”, - Zelenski teleqram kanalında yayımladığı videomüraciətdə bildirib.
Zelenski eyni zamanda daha əvvəl Ukraynanı tərk etmiş oliqarxlara müraciət edib. O bildirib ki, bu gün hər kəs Ukrayna vətəndaşı kimi sınaqdan keçirilir. Prezident iş adamlarını belə bir sınaqdan ləyaqətlə keçməyə çağırıb.
"Sizin gücünüz pulunuzda, təyyarələrdə deyil, göstərə biləcəyiniz vətəndaş mövqeyindədir. Xalqınıza və ölkənizə qayıdın, hansıların ki, sayəsində fabriklər aldınız, sərvətlər topladınız", - dövlət başçısı əlavə edib.
Volodimir Zelenski həmçinin ölkə mediasına müraciət edərək, onları ölkədən qaçan sahibləri üçün deyil, Ukrayna üçün işləməyə çağırıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























