G7 ölkələrindən Moskvaya xəbərdarlıq
G7 ölkələri Ukraynanın işğalına görə sanksiyalarla bağlı razılığa gəliblər“Yeddilik” (G7) ölkələri Rusiyanın Ukraynaya müdaxiləsi halında Moskvaya qarşı sanksiyalar tətbiq etməyə hazırdır, bu da Rusiya iqtisadiyyatı üçün “genişmiqyaslı və dərhal ağır nəticələrə” gətirib çıxaracaq.
Marja xəbər verir ki, bu barədə G7-nin maliyyə nazirlərinin bəyanatında deyilir.
Bəyanatda deyilir: “Biz Rusiya iqtisadiyyatı üçün genişmiqyaslı və dərhal ağır nəticələrə səbəb olacaq iqtisadi və maliyyə sanksiyalarını kollektiv şəkildə tətbiq etməyə hazırıq”.
ABŞ, Almaniya, İtaliya, Kanada Fransa, Böyük Britaniya və Yaponiyanın da daxil olduğu yeddi iqtisadi cəhətdən inkişaf etmiş dövlətin bu qeyri-rəsmi birliyinin maliyyə nazirliklərinin rəhbərlərinin bəyanatında deyilir: “Rusiyanın Ukraynaya qarşı növbəti hərbi təcavüzü sürətli, əlaqələndirilmiş və qətiyyətli cavabla qarşılanacaq”.
Nazirlərin bəyanatında vurğulanır ki, G7 “[Rusiya ilə sərhəddə vəziyyətin] deeskalasiyasının təcili olaraq diplomatik yolun müəyyənləşdirilməsi üzrə davam edən səyləri dəstəkləməklə yanaşı, Ukrayna iqtisadiyyatını dəstəkləmək üçün tez və qətiyyətli hərəkət etmək niyyətindədir.
Bundan əvvəl o da məlum olub ki, “Yeddilik” ölkələrinin liderləri fevralın 24-də Ukrayna ətrafındakı vəziyyəti virtual formatda müzakirə etmək niyyətindədirlər. Bloomberg-in mənbələrə istinadən verdiyi məlumata görə, görüşdə sərhəddəki vəziyyət və Rusiya qüvvələrinin “toplanması” müzakirə olunacaq. Agentlik xəbərində qeyd edib ki, iclasda “Rusiya Ukraynaya hücum etmək qərarına gəldiyi təqdirdə” mümkün sanksiyaların tətbiqi məsələsi qaldırılacaq.
XXX
G7-nin maliyyə nazirləri Rusiyanın Ukraynaya hücumunun “böyük iqtisadi nəticələri olacağı” barədə xəbərdarlıq edib.
G7 maliyyə nazirləri tərəfindən yazılan birgə bəyanatda Ukraynaya hücuma oordinasiyalı və güclü cavab veriləcəyi bildirilib.
Marja xəbər verir ki, bəyanatda, "Rusiyanın Ukrayna sərhədində davam edən hərbi güclənməsi dərin narahatlıq doğurur. Biz G7-nin maliyyə nazirləri olaraq, Ukrayna iqtisadiyyatını sürətlə və qətiyyətlə dəstəkləməyə hazır olduğumuzu vurğulayırıq", - deyilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 d. əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 18 saat əvvəl
-
-
18 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi













.jpg)





