FED, ABŞ-da inflyasiya artımından sonra təcili iclas elan etdi
ABŞ Mərkəzi Bankı, ABŞ-da inflyasiya artımından sonra təcili iclas elan edib. Bazarda şayiələr dolaşır ki, ABŞ Mərkəzi Bankı nəzarətdən çıxan inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini təcili artıra bilər.Yanvar ayı üzrə məlumatlar dünyanın ən böyük iqtisadiyyatında inflyasiyanın yeni 40 illik rekorda çatdığını göstərdikdən sonra ABŞ Federal Ehtiyat Sistemi (FED- Mərkəzi Bank) fevralın 14-də planlaşdırılmamış iclas keçirəcək.
Marja xəbər verir ki, bankın saytında verilən məlumata görə, FED-in İdarə Heyəti faiz dərəcələrini bağlı qapılar arxasında müzakirə edəcək.
İndi FED-in uçot dərəcəsi 0-0,25% diapazonundadır.
FED-in planlaşdırılmamış iclasının çağırılmasının səbəbi ətraflı olaraq açıqlanmayıb. Lakin bazarda şayiələr dolaşır ki, ABŞ Mərkəzi Bankı nəzarətdən çıxan inflyasiyanı cilovlamaq üçün faiz dərəcələrini təcili artıra bilər.
Yanvarda ABŞ-da istehlak qiymətləri indeksi(inflyaiya göstəricii) illik müqayiədə 7,5% artıb (bazar 7,3% gözləyirdi). İnflyasiya 20-ci ay ardıcıl sürətlənib və son 11 ayın 9-da Wall Street-in proqnozlarını üstələyib.
Fed-in uçot dərəcəsi üçün fyuçers kotirovkaları artıq mart ayında onun 0,50 bənd artırılacağına 89% ehtimal verir. Belə addım baş verərsə, bu, ABŞ Mərkəzi Bankı üçün 2000-ci ilin mayından bəri 0,50 bəndlik ilk addım olacaq.
Bazar ABŞ-da 1979-cu ildən bəri ən aqressiv faiz artımlarını da ehtimal edir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
49 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı






















