Rusiya Türkiyə üçün pomidor kvotasını artırmağa hazırlaşır
Rusiya Federasiyası Türkiyədən idxal olunan pomidorun kvotasını 50 min ton artırmaq siqnalını verib.
Marja.az Rusiyanın "İnterfaks" xəbər agentliyinin itinadən xəbər verir ki, Rusiya Türkiyədən hazırda 300 min ton olan pomidor idxalı kvotasını 350 min tona qədər artıra bilər.
Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Türkiyədən pomidor idxalı ilə bağlı yeni layihə hazırladığı öyrənilib.
Xatırladaq ki, 2015-ci ildə Türkiyə ilə Rusiya arasında baş verən təyyarə qəzasından əvvəl Rusiyaya pomidor ixracı üçün heç bir kvota yox idi və o zaman təxminən 340 min ton pomidor ixracı var idi.
Böhrandan sonra tətbiq edilən qadağalarla pomidor ixracı sıfırlandı. Rusiya 2017-ci il dekabrın 1-də 50 min ton pomidor idxalına icazə verib, 2018-ci ildə pomidor idxalını iki dəfə artıraraq kvotanı 100 min tona çatdırıb. Daha sonra Rusiya 2019-cu ildə cəmi 150 min ton pomidor idxalına icazə verib. 2020-ci ildə 200 min tona qaldırılan kvota 2021-ci ildə 250 min tona, daha sonra 300 min tona yüksəldilib.
Sözügedən məhdudiyyətin dayandırılması lazım olduğunu bildirən sektor nümayəndələri, artıq kvota tətbiqinin tamamilə ləğv edilməsi lazım olduğunu müdafiə edirlər.
Türkiyə 2021-ci ildə cəmi 623 min ton pomidor ixracından 363 milyon dollar gəlir əldə edib. Sözügedən ixracın təxminən yarısı Rusiyaya edilib.
Həmçinin oxu
Rusiyada meyvə qıtlığı yaranıbMüştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 20 saat əvvəl
-
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
1 gün əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi






















