2021-ci ildə Twitter-in gəliri 37% artaraq 5 milyard dolları ötüb
Eyni adlı mikrobloq xidmətinin sahibi olan Amerikanın “Twitter” şirkətinin gəliri 2021-ci ildə 5 milyard dolları ötüb. Marja xəbər verir ki, bu barədə şirkətin cümə axşamı dərc olunan rüblük hesabatında deyilir.
"Ötən il "Twitter" 5,07 milyard dollar gəlir əldə edib (2020-ci ildə 3,71 milyard dollar). Beləliklə, illik hesablamada şirkətin gəliri 37% artıb", hesabatda bildirilir.
Eyni zamanda, hesabat dövründə "Twitter" 492,7 milyon dollar əməliyyat zərərilə üzləşib. Şirkət 2020-ci ili 26,6 milyon dollar əməliyyat mənfəətilə başa vurmuşdu.
"2021-ci ildəki güclü performans bizə əməliyyatları təkmilləşdirməyə və 2023-cü il hədəflərimizə çatmağa imkan verəcək" - deyə keçən il Cek Dorsini əvəz edən Twitter-in baş direktoru Paraq Aqraval bildirib.
Keçən fevral ayında Twitter rəhbərliyi 2023-cü ilin sonuna qədər şirkətin gəlirini iki dəfə artırmağı və onun ödənişli xidmətlərindən istifadə edən sosial şəbəkə müştərilərinin sayını 315 milyona çatdırmağı qarşısına məqsəd qoymuşdu.
"Twitter" istifadəçilərə qısa mesajlar mübadiləsi, sorğular təşkil etmək, müxtəlif şəkillər və videolar dərc etmək imkanı verən sosial şəbəkədir. Xidmətin yaradıcıları Jack Dorsey, Noah Glass, Evan Williams və Biz Stone-dur. Twitter-də ilk mesaj 21 mart 2006-cı ildə dərc edilib. Məlumatlara görə, xidmətdə hər gün təxminən 500 milyon tvit dərc edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır














.jpg)







