Qlobal bazarlarda bütün diqqət ABŞ-ın inflyasiyasına yönəlib - İNFLYASİYA PROQNOZU AŞARSA...
Qlobal bazarlarda bütün diqqət ABŞ-ın yanvar ayı inflyasiya məlumatlarına yönəlib. Bloomberg sorğusuna əsasən, istehlak qiymətləri indeksinin aylıq 0,4 faiz, illik isə 7,2 faiz artacağı gözlənilir. ABŞ-da illik istehlak inflyasiyası dekabrda 7 faiz olaraq açıqlanıb. Əgər illik inflyasiya proqnozlara uyğun olaraq 7,2 faizə yüksələrsə, 1982-ci ilin fevralından bəri ən yüksək həddə çatacaqdır.Qlobal bazarlar ABŞ-da inflyasiya məlumatlarının açıqlanmasını gözləyərkən; ABŞ fyuçers indeksləri düşüb, Asiya səhmləri qarışıqdır, qızıl bahalaşıb.
Marja xəbər verir ki, qızıl dünən ABŞ-ın inflyasiya məlumatları ilə bağlı narahatlıqlar və Ukraynaya yönələn geosiyasi risklər fonunda son 2 həftənin ən yüksək səviyyəsinə yüksəlib.
ABŞ-ın yanvar ayı inflyasiya məlumatları bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq. Bloomberg sorğusuna əsasən, istehlak qiymətləri indeksinin aylıq 0,4 faiz, illik isə 7,2 faiz artacağı gözlənilir.
ABŞ-da illik istehlak inflyasiyası dekabrda 7 faiz olaraq açıqlanıb. Əgər illik inflyasiya proqnozlara uyğun olaraq 7,2 faizə yüksələrsə, 1982-ci ilin fevralından bəri ən yüksək həddə çatacaqdır.
Ərzaq və enerji istisna olmaqla CPI artımının aylıq 0,5 faiz, illik isə 5,9 faiz artması gözlənilir.
İnflyasiya məlumatları proqnozları aşarsa, bazarlar mart ayında ABŞ Federal Ehtiyat Sisteminin (FED- ABŞ Mərkəzi Bankı) aqressiv 0,50 bəndlik faiz artımına başlaya bilər. Bununla belə, fyuçers bazarları hazırda mart ayı üçün 0,25 bənd artımla qiymət qoyur.
Analitiklər bildirirlər ki, inflyasiyanı artıran amillərin əksəriyyəti hələ də mövcud olmaqdadır və bu səbəbdən qiymətlərin artmasının davam edəcəyi gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
41 d. əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
57 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
2 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























