Ukrayna səfrindən Azərbaycanın nazirinə təklif - Azərbaycan məhsullarının təbliği üçün....
İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşüb.
Nazirlikdən "Marja"ya daxil olmuş məlumata görə, Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsinin aparıldığı görüşdə ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğu və dövlət başçılarının əməkdaşlığın inkişafına xüsusi önəm verdiyi qeyd edilib.
Nazir Şahin Mustafayev bildirib ki, Ukraynada Azərbaycanın Ticarət Evinin açılması planlaşdırılır ki, bu, qeyri-neft məhsullarının Ukraynaya ixracının artmasında və satışının genişlənməsində əhəmiyyətli olacaqdır.
Vurğulanıb ki, Azərbaycan regionun tranzit qovşağıdır və bu sahədə iri layihələr həyata keçirilir, tranzit daşımaların səmərəliliyini artırmaq üçün Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası fəaliyyət göstərir. Ukrayna Azərbaycanın tranzit imkanlarından, o cümlədən Bakı Dəniz Ticarət Limanının potensialından istifadə edə bilər.
Son zamanlar Azərbaycanın əczaçılıq sənayesinin yaradılması sahəsində gördüyü işlər, ixtisaslaşmış Pirallahı Sənaye Parkının yaradılması, kimya sahəsində ölkəmizin zəngin təcrübəsi Ukrayna ilə bu sahədə də əməkdaşlığa geniş imkan yaradır. Bir sıra Ukrayna şirkətlərinin ölkəmizdə əczaçılıq sahəsinə maraq göstərdiyini və bu istiqamətdə görüşlərin keçirildiyini diqqətə çatdıran Şahin Mustafayev Ukrayna şirkətlərinin Azərbaycanın sənaye parklarında investorlar üçün yaradılmış imkanlardan istifadə edə biləcəyini vurğulayıb.
Müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşən Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko Azərbaycandan turistlərin müalicə məqsədilə Truskavesə səfər etdiklərini, ukraynalıların da Naftalanın müalicə imkanlarına maraq göstərdiklərini diqqətə çatdırıb. Artıq bu barədə Ukraynanın turizm şirkətlərinə müvafiq məlumat verilib.
Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndiyini, ixracın qarşılıqlı şəkildə artdığını qeyd edən səfir Mişenko SOCAR-ın Ukraynada kifayət qədər tanındığını və Azərbaycan şirkətinin yanacaqdoldurma məntəqələrindən Azərbaycan məhsullarının tanıdılması və təbliği üçün istifadə oluna biləcəyini vurğulayıb.
Görüşdə ticarət əlaqələrinin genişləndirilməsi, investisiya qoyuluşu və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 16 saat əvvəl
-
- 16 saat əvvəl
-
16 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 19 saat əvvəl
- 19 saat əvvəl
-
19 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
19 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi




















