Azercell Bakıda keçirilən "Baku International HR Forum"-a dəstək olub
Şirkətin prezidenti Zərinə Zeynalova sürətlə dəyişən texnologiyalar mühitində insan resursları funksiyasının rolu barədə fikirlərini bölüşüb
(®) Yanvarın 28-də Azərbaycan İnsan Resursları İnstitutunun təşkilatçılığı ilə insan resursları (İR) sahəsindəki innovasiyaların təşviqi və müxtəlif sahələrdə təcrübə mübadiləsi məqsədilə "Baku International HR Forum" (BIHRF) keçirilib. Azərbaycanın telekommunikasiya bazarının lideri Azercell tədbirin baş sponsorlarından biri kimi çıxış edib.
6 ölkədən 16 spiker sürətlə dəyişən korporativ mühitdə insan resurslarının rolu ilə bağlı fikirlərini yerli və beynəlxalq təşkilatları təmsil edən 300 iştirakçı, müxtəlif sektorlardan olan İR departamentlərinin rəhbərləri, dövlət rəsmiləri, sahibkarlar və digərləri ilə bölüşüblər.
CEO panelinin İR funksiyasının təşkilatın uğurundakı rolu ətrafındakı müzakirəsində çıxış edən Zərinə Zeynalova, əsl biznes tərəfdaşı olmaq üçün həmin funksiyanın vacibliyini vurğulayıb. "Texnologiya və digər sənaye sahələrində innovasiyaların sürətli tətbiqi dəyişən şəraitə yüksək səviyyədə uyğunlaşma tələb edir. Bu baxımdan, kommersiya bacarıqları və sahibkarlıq ruhu, analitik bacarıqlar, emosional dayanıqlılıq, yüksək səviyyədə özünüdərk, ağıllı qərarlar qəbul etmək qabiliyyəti, dürüstlük və etimad İR mütəxəssisindən tələb olunan əsas keyfiyyətlərdir, - deyə, Azercell prezidenti bildirib. Azercell prezidentinin sessiyadakı çıxışı transformasiya liderliyi və dəyişikliklərin idarə edilməsi ilə bağlı fikirləri ətrafında ona auditoriyanın çoxsaylı suallarının yönəlməsinə səbəb olub.
Onu da qeyd edək ki, "BIHRF" çərçivəsində keçirilən "HR Awards" 2022 mükafatlandırma mərasimi zamanı Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi departamentinin əməkdaşları "Ən Yaxşı Sağlamlıq və İşçi Rifahı Strategiyası" və "Ən Yaxşı Təlim və İnkişaf Strategiyası" nominasiyalarında iki yüksək nailiyyət sertifikatı ilə təltif olunub.
Müştərilərin xəbərləri

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Kristal" "City Garden Narimanov"da yenidən daxili krediti aktivləşdirdi!
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB
- 7 saat əvvəl
Son Xəbərlər

Mələk İnvestorlar Məktəbi — Azərbaycanda yeni nəsil investor mədəniyyətinin formalaşması üçün platforma

“PAŞA Bank” digər banklarda depozitlərini kəskin artırıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Bank of Baku istehlak kreditləri üzrə TOP 3-də yerləşdi!

Milyarder Cef Bezosdan 2045 proqnozu

Sabah Bakıda bal yarmarkası fəaliyyətə başlayır
Ən çox oxunanlar

Türkiyə Lirəsi ardıcıl 4-cü gündür ucuzlaşır - DOLLAR/TL YENİ ƏN YÜKSƏK SƏVİYYƏSİNƏ ÇATIB

Avrozonada inflyasiya hədəfin üzərinə yüksəlib

"Azəristiliktəchizat" Asiya İnkişaf Bankı ilə gələcək inkişaf strategiyası hazırlayır

BOKT 16 faizlə borc alır - HƏRRAC TARİXİ

ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlanır

Türkiyənin tekstil və geyim sektorunda 316 min nəfər işdən çıxarılıb

Qırmızı Ürəklər Fondu və Cüdo Federasiyası əməkdaşlığa başladı
