Çin-Avropa marşrutu üzrə nəqliyyat bağlantısı gücləndirilir - 2 GƏMİ FƏALİYYƏT GÖSTƏRƏCƏK
2-ci Çin-Avropa marşrutunun Xəzər dənizindən keçən hissəsində nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə Bakı -Türkmənbaşı- Bakı istiqamətində 2022-ci ildən etibarən 2 gəmi fəaliyyət göstərəcək.
“ADY Konteyner” MMC və “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi” ASC-nin birgə operatoru olduğu “Şair Sabir” və “Mahmud Rəhimov” gəmiləri Bakı -Türkmənbaşı- Bakı istiqamətində konteynerlərin daşınmasını həyata keçirəcək.
Gəmilərin sayı ilə yanaşı həftəlik reyslərin də sayı hava şəraitindən asılı olaraq 2 dəfəyə çatdırılacaq. Qeyd olunan limanlar arasında ilk gəmi 2019-cu ilin aprel ayında fəaliyyətə başlayıb. Bu günədək marşrut üzrə hər iki istiqamətdə 20 futluq ifadədə 17 500 konteyner daşınıb.
Bakı Limanı və Türkmənbaşı Limanı arasında gəmi bağlantısının gücləndirilməsi üzrə layihənin həyata keçirilməsi “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) , “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının dəstəyi nəticəsində mümkün olub.
Bu addım “Asiya və Sakit okean regionu-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa nəqliyyat marşrutu”nun inkişafına hesablanıb. Bu transkontinental multimodal dəmiryolu marşrutu 2019-cu ildə, “Azərbaycan Dəmir Yolları” QSC və müvafiq ölkələrin dövlət dəmir yolları qurumlarının iştirakı ilə yaradılıb. 2021-ci ilin dekabr ayında marşruta Türkiyə də qoşulub. Hazırda marşrut üzrə konteyner yükləri Türkiyədən Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə, həmçinin Gürcüstanın Poti və Batumi limanlarından Özbəkistana, Türkmənistana, Qırğızıstana və əks istiqamətdə daşınır.
Marşrut üzrə yükdaşımaların həcmi 2021-ci ildə 2020-ci ilə nisbətən 101 faiz artıb. Yükdaşımalar Türkiyənin “Pasifik Eurasia Logistics”, Gürcüstanın “GR Logistics and Terminals”, ADY Konteyner, “Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi”, Özbəkistanın "O'zbektemıryo'lekspedıtsıya" və “Qırğızıstan Dəmir Yolları”nın operatorluğu ilə həyata keçirilir. Tərəflər marşrutun təkmilləşdirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirib. Marşrut üzrə ən yaxşı göstərici 2021-ci ilin mayında əldə edilib. Belə ki, Türkiyənin İzmir şəhərindən Qırğızıstanın Oş şəhərinə konteynerlər 18 günə çatdırılıb. Operatorların məqsədi bu istiqamət üzrə yükdaşıma müddətini 12 günədək azaltmaqdır.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
17 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi
























