Husi qiyamçılarının BƏƏ-yə atdığı ballistik raket məhv edilib
Yəməndəki husi qiyamçılarının Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) atdığı ballistik raket məhv edilib.
Bu barədə rəsmi “Emirates” agentliyi BƏƏ-nin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bazar ertəsi günü BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri Yəmən ərazisindən buraxılan ballistik raketi məhv edib. Raketin qalıqları qeyri-yaşayış bölgəsinə düşüb və bu səbəbdən insan tələfatı olmayıb.
BƏƏ-nin Müdafiə Nazirliyi əlavə edib ki, Yəmən ərazisində raketin atıldığı bölgəyə hava zərbələri endirilib və onun buraxıldığı məntəqə dağıdılıb.
Qeyd edək ki, bu, yeni ilin ilk ayında husilərin BƏƏ ərazisinə üçüncü raket hücumudur. Yanvarın 17-də Əbu-Dabiyə atılan raket 3 nəfərin ölümü ilə nəticələnib. Bu ayın 24-də buraxılan daha bir ballistik raket isə məhv edilib.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 19 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
22 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi

























