Avronun manata qarşı məzənnəsi 20 aylıq minimuma enib
Yanvarın 28-də avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 0,6% enərək 1,8958 manat təşkil edib. Bu, 2020-ci ilin 2 iyun tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Hesablamalara görə, sonuncu dəfə avronun manata qarşı bundan aşağı məzənnəsi 2020-ci ilin iyunun 2-də qeydə alınıb – 1,8914 manat. Ötən il yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 9,5% ucuzlaşıb.
FED-in faiz dərəcələrini martda qaldıracağı açıqlaması fonunda, ötən gün ABŞ dollarının indeksi (dolların əsas valyutalar səbətinə nisbətən dəyərinin indeksi) 2020-ci ilin iyun ayından bəri ən yüksək səviyyəyə çataraq 97,299 bənd təşkil edib.
FED-in sədri Cerom Pauel son açıqlamasında bildirmişdi ki, artan inflyasiya fonunda faiz dərəcəsinin 50 baza bəndi (0,5 faiz bəndi) yüksəldilməsi istisna olunmur. Hazırda FED-in federal kredit vəsaitləri üzrə faiz dərəcəsi illik 0%-0,25% səviyyəsindədir. Bundan əlavə, ABŞ-da inflyasiyanın pikə nə zaman çatacağının bilinməməsi FED-in faiz artımları ilə nə qədər irəli gedəcəyini də qeyri-müəyyən saxlayır.
Qeyd edək ki, manatın məzənnəsinin dollara qarşı 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, dolların indeksində baş verən dəyişiklər analoji şəkildə manatın məzənnəsini də dəyişir.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
Bayram öncəsi sərfəli fürsət: “Abşeron un” və “Cənub un” məhsullarına xüsusi endirim kampaniyası başladı !
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
2 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 11 d. əvvəl
-
-
13 d. əvvəl
“Naxçıvan Taxıl Məhsulları”nın rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
-
28 d. əvvəl
Daha 8 şirkət “Startap” şəhadətnaməsi aldı - 3 İL MƏNFƏƏT VERGİSİ ÖDƏMƏYƏCƏKLƏR
-
1 saat əvvəl
Gecikdirilmiş 108 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ötən il 30 milyon manatdan çox qazanmış bank səhmdarlarına dividend ödəyəcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
-
2 saat əvvəl
Yaxın Şərqdəki vəziyyət fonunda ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin artırıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Bank Nəzarəti Strategiyası” təsdiq edilib - AÇIQLAMA
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı



























