"Avrora Qrup" ən son avadanlıqlarla təchiz edilmiş laboratoriyasının açlışını edib
Laboratoriya məhsullarda mikroorqanizmlərin təyini üçün tələb olunan ən müasir avadanlıqlarla təchiz edilib."Avrora Qrup" “Davamlı inkişaf və mükəmməllik” dəyərinə sadiq qalaraq daha bir yeniliyə imza atıb. Şirkət AZS ISO/IEC 17025:2020 "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun akkreditasiyadan keçmiş laboratoriyasının açılışını edib.
Laboratoriya fiziki-kimyəvi və mikrobioloji sınaqları həyata keçirilən 2 bölmədən ibarətdir. Fiziki-kimyəvi sınaqlar laboratoriyasında şirkətin istehsalı olan un, unlu qənnadı məmulatları, makaron məmulatları, az alkoqollu və alkoqolsuz qazlı içkilər, qablaşdırılmış içməli su, həmçinin taxıl, istehsal olunan məhsulların xammalları və yarımfabrikatlarının sınaqları aparılacaq. Mikrobioloji sınaqlar laboratoriyası adı çəkilən məhsullarda mikroorqanizmlərin təyini üçün tələb olunan ən müasir avadanlıqlarla təchiz edilmişdir.
"Avrora" MMC yeni laboratoriyasında İsveçin “Perten”, Almaniyanın “Brabender və Gerhardt”, Türkiyənin “Nüve” şirkətlərinə məxsus avadanlıqları quraşdırmışdır.
Qeyd edək ki, laboratoriya kənar şirkətlərə də xidmət göstərəcək. Fiziki-kimyəvi və mikrobioloji analiz aparmaq istəyən şirkətlər *0100 qaynar xəttinə zəng edərək ətraflı məlumat əldə edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


























