Azərbaycanda "Böyük dördlüy"ün xidmətlərinə maraq kəskin azalıb
KİÇİK VƏ ORTA BİZNES ÜÇÜN AŞAĞI FAİZLƏ MİKROKREDİT
Azərbaycanda fəaliyyət göstərən xarici auditor təşkilatlarının xidmətlərinə maraq azalıb.
Auditorlar Palatasının 2016-cı il üzrə hesabatına görə, 2015-ci illə müqayisədə ötən il xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri üzrə müqavilə sayı 651-dən 495-ə qədər, yəni 156 ədəd və ya 24% azalıb.
Bağlanan müqavilələrin sayında azalma müşahidə olunsa da, bağlanan müqavilələrin məbləği artıb. Belə ki, müqavilələrin məbləği 32 mln. 452 min 663,2 manatdan 36 mln. 634 min 14,7 manatadək, yəni 4 mln. 181 min 351,5 manat və ya 12,9% artıb.
Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilə sayı 497-dən 526-ya qədər, yəni 29 ədəd və ya 5,8%, məbləği 11 mln. 718,681 min manatdan 14 mln. 495 min 213,7 manatadək, yəni 2 mln. 776 min 532,7 və ya 23,7% artım nümayiş etdirib.
Yerli auditor təşkilatları üzrə müqavilə sayı 1063-dən 1531-ə qədər, yəni 468 ədəd və ya 44%, məbləği isə 3 mln. 245 min 655,8 manatdan 3 mln. 905,117 min manata qədər, yəni 659 min 461,2 manat və ya 20,3% artıb.
Sərbəst auditorlar üzrə müqavilə sayı 883-dən 988-ə qədər, yəni 105 ədəd və ya 11,9%, məbləği isə 1 mln. 689,089 min manatdan 1 mln. 827 min 820,1 manata qədər, yəni 138 min 731,1 manat və ya 8,2% artım nümayiş etdirib.
Qeyd edək ki, 2015-ci il ilə müqayisədə 2016-cı ildə yerinə yetirilmiş müqavilələrin sayı 2649-dan 2663-ə qədər, yəni 14 ədəd və ya 0,5%, məbləği 40 mln. 601 min 128,5 manatdan 47 mln. 706 min 104,9 manata qədər, yəni 7 mln. 104 976,4 manat və ya 17,5%, orta məbləği isə 15,327 min manatdan 17 min 914,4 manata qədər, yəni 2 min 587,4 manat və ya 16,9% artıb.
Beləliklə, 2015-2016-cı illər üzrə aparılan müqayisələr aşağıdakı nəticələr üzə çıxıb:
1) Yerinə yetirilmiş müqavilələrin sayına görə:
- xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri ("Böyük dördlük") üzrə 22%-dən 16,8%-ə qədər azalıb;
- xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə 12,1%-dən 12,3%-ə qədər artıb;
- yerli auditor təşkilatları üzrə 37,8%-dən 39,4 %-ə qədər artıb;
- sərbəst auditorlar üzrə 28,1%-dən 31,5%-ə qədər artıb.
2) Yerinə yetirilmiş müqavilələrin məbləğinə görə:
- xarici auditor təşkilatlarının filial və nümayəndəlikləri ("Böyük dördlük") üzrə 75,3%-dən 72,9%-ə qədər azalıb;
xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə 14%-dən 17,6%-ə qədər artıb;
- yerli auditor təşkilatları üzrə 7,4%-dən 6,6%-ə qədər azalıb;
- sərbəst auditorlar üzrə 3,2%-dən 2,9%-ə qədər azalıb.
Qeyd edək ki, "Böyük dördlüy"ə "PricewaterhouseCoopers" ("PwC"), "Deloitte", KMPG və "Ernst & Young" daxildir.
0 FAİZ KOMİSSİYA İLƏ 5000 MANATADƏK KREDİT!
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
-
1 saat əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 2 saat əvvəl
- 17 saat əvvəl
-
19 saat əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 19 saat əvvəl
-
19 saat əvvəl
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
-
19 saat əvvəl
Wolt-dan 60%-dək endirimlə Black Friday-də daha sərfəli və sürətli alış-veriş edin
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycan neftinin son qiyməti
Bank Qarabağda ilk filialını açdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb
"Azərsilah"ın müəssisəsində istehsalat qəzası - 1 nəfər həlak olub










.jpg)





.jpg)


