Azərbaycanın faktorinq şirkəti illik 11,5 faiz ilə 5 milyon manat borc alacaq
“Ferrum Kapital” QSC-nin istiqrazları Bakı Fond Birjasında listinqə daxil edilib.14 yanvar 2022-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Ferrum Kapital” QSC-nin ümumi dəyəri 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Marja Birjaya istinadən xəbər verir ki, Faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı 5000 ədəd, hər birinin nominal dəyəri 1000 manat, illik faiz dərəcəsi 11,5%, tədavül müddəti 12 ay, faizlərin ödəniş müddəti 1 aydan birdir.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış hərracın baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər.
"Ferrum Capital" Azərbaycanın ilk müstəqil faktorinq şirkəti və "AGA Group" şirkətlər qrupunun bir üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri təqdim edir.
"Ferrum Kapital" şirkəti 2020-ci ili 2 miylon 669 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, şirkət 2019-cu ili 450 min manat xalis mənfəət ilə bağlamışdı. 2019-cu ildə "Ferrum Kapital"ın faiz gəlirləri 3 milyon 857 min manat ikən, 2020-ci ildə 7 milyon 163 min manata yüskəlib.
“Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə, 23%-i Məhəmməd Həbibzadəyə, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə, 4,5%-i isə “Vesta İnvestment” QSC-yə məxsusdur. 1-ci və 2-ci səhmdarlar müvafiq olaraq 3-cü və 4-cü səhmdarların təsisçiləridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
- 7 d. əvvəl
- 27 d. əvvəl
- 33 d. əvvəl
-
52 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















